• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Elektrik təsərrüfatında ciddi problemlər var

  • 01.10.2021, 09:34, Baxış sayı:
  • 600
Elektrik təsərrüfatında ciddi problemlər var
Elektrik təsərrüfatında ciddi problemlər var
Elektrik təsərrüfatında ciddi problemlər var
Yazdıqlarımıza bir də qayıdırıq


Sabirabad rayonunun Yenikənd və Bulduq kəndlərinin elektrik təsərrüfatında ciddi problemlər var. Sakinlər “Işıq pulunu vaxtlı - vaxtında versək də işıq üzü görmürük”,- deyirlər.

Yenikənd və Bulduq kəndlərində camaat naəlaclıqdan beton dirəklər əvəzinə ağac budaqlarından istifadə edir. Bir az külək əsən kimi sakinlərin qara günləri başlayır. Dirəklər aşır, naqillər bir-birinə dolaşaraq ölüm təhlükəsi sacırlar. Dirək dediyimiz bu budaqlar o qədər yararsızdırlar ki, elektrik xətləri qırılanda xidmət işçiləri belə onu bağlamağa tərəddüd edirlər. Sakinlər məcbur olub ağaclara dayaq verirlər ki, aşmasın. Çünki bir ağac budağının aşması həftələrlə işıqsız qalmaq deməkdir.
Naqillər də köhnəldiyi üçün demək olar ki, hər gün qırılır. Elektrikin gün ərzində bir neçə dəfə kəsilməsindən isə sakinlər daha çox əziyyət çəkirlər. Çünki həm istidə soyuducularda olan ərzaq xarab olur, həm də elektrik avadanlıqları sıradan çıxır.

Yenikənd kənd məktəbinin müəllimi Ramiz Əkbərov:

- Kəndimizə ötən əsrin 70-80-ci illərində çəkilən elektrik naqilləri də, ağac dirəklər də artıq istismar müddətini neçə illərdir ki, başa vurub. Son illər əlimizə nə keçir-söyüd, çinar ağaclarından dirək kimi istifadə edirik. Bir balaca külək əsən kimi bunlar da ciddi fəsadlar törədir. İşıqlarımızın tez-tez sönüb yanması da hər birimizə ciddi ziyan vurur. Elə mənim evimdə neçə adda elektrik avadanlığı yanıb.

Yenikənd kənd sakini Əli Baxşıyev:
- Evim bir dəfə işıqdan yanıb. İndi camaatın köməyi ilə bir koma qaraltmışıq. Görün dirəklər, işıq telləri nə gündədir. Qorxulu vəziyyətdə yaşayırıq.
Bulduq kənd sakinləri;
Müşfiq Əliyev:
- İşıq dirəklərimizi özümüz söyüd ağacından düzəltmişik. Bu ağaclar da çürüyüb tökülür. Dəfələrlə işıq idarəsinə getmişik, demişik ki, işıqlarımız bərbad vəziyyətdədir. Baxan yoxdu.

Hilal Əliyev:
-İşıq işçilərini dəfələrlə evimizə dəvət etmişəm. Gəlib görsünlər ki, hansı vəziyyətdə yaşayırıq. Bəziləri gəlib dirək əvəzinə ağaclardan istifadə etdiyimizi görürlər də. Amma nə faydası. Neynəyək, gücümüz nəyə çatıb onunla da işıq aparmışıq evlərimizə. Odur ki, bizə gələn xəttə əl çatır. Burda hər vaxt ölüm ola bilər. Dəfələrlə elə bu yerdə heyvanları tok vurub. Uşaqlarımızdan da qorxuruq ki, hər vaxt bədbəxt hadisə ola bilər. Qarşıdan soyuq qış gəlir. Bilmirik ki, neyləyək. İşıq işçiləri də bizi eşitmir.

Ələsgər Qəhrəmanov:
-İşıq dirəklərinin sınıq-salxaq olması elektrik xətlərinin tez-tez qırılmasına səbəb olur. Uşaq­larımızda ki, belə vəziyyətdə məktəbə gedib-gələ bilmir. İşıq ida­rəsinin işçiləri isə müraciətlərimizə saymazyana yanaşır. Dərdimizi kimə deyək?
Biz Sabirabad rayonunun iki kəndinin timsalında elektrik enerjisi təsərrüfatında yaranmış proble­mlərdən, vətənd­aş na­­ra­zılıqlarından yazdıq.
Həm də çox təəccübləndik, hansı zəmanədə yaşayırıq ki, dirək əvəzinə ağac budaqlarından və həmin nahamar ağaclara bərkidilmiş istismar müddətini keçmiş hava xətlərindən istifadə olunur. Sakinlərin dediyi kimi, nəticədə işıqlar tez-tez sönür, elektrik avadanlıqları sıradan çıxır. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Sabirabad Elektrik şəbəkəsinin məsul vəzifəli şəxsləri unutmasınlar ki, biz hal-hazırda XXI əsrin 21-ci ilini yaşayırıq.
İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter