Hörmətli oxucular, aprelin 7-də redaksiyamızın poçtuna daxil olmuş aşagıdakı vətəndaş müraciətində narahatlıq bizi də narahat etdi. Necə yənı, XXI əsrin 21-ci ilində ağac budaqlarından da işıq “dirək”ləri olar?,-deyə çəkiliş qrupumuz vətəndaşların şikayətinin izi ilə həmin ərazidə oldu. Həmin “enerji təsərrüfatını” lentə aldı. Baxın görün Elektrik şəbəkəsi bizi hansı zəmanəyə qaytarıb?!
“Elektrik enerjisi ilə təchizatımız çox bərbad vəziyyətdədir”
Hörmətli redaksiya!
Biz Yenikənd kənd sakinləri sizə müraciət edərək bildiririk ki, elektrik enerjisi ilə təchizatımız çox bərbad vəziyyətdədir.
Elektrik dirəkləri çürüyüb sıradan çıxıb. Naəlac qalıb əlimizə keçən ağac budaqlarından dirəklər qoymuşuq. Bu budaq dirəklər hər an aşmaq təhlükəsindədir. Elə buna görədir ki, xətlər yerlə gedir. Bu isə hər an bizim üçün ciddi həyati təhlükədir.
Naqillərin də istismar müddəti bitdiyi üçün demək olar ki, hər gün qırılır. İşıqların tez-tez sönüb-yanmasındən çox ziyan çəkirik. Elektrik avadanlıqlarımız tez-tez sıradan çıxır.
İşıq pulunu vaxtlı-vaxtında versək də işıq üzü görmürük. Dəfələrlə rayon elektrik enerjisi şəbəkəsinə müraciət etsək də gəlib baxan yoxdur.
Aslanov Ağamalı Qeybulla oğlu,
Şıxəliyev Kamil Əlibala oğlu,
Mustafayev Zamiq Allahverdi oğlu,
Yenikənd kənd sakinləri