Yağış yağanda, külək əsəndə kəndimizin qara günləri başlayır
- 17.11.2020, 10:31, Baxış sayı:
- 616
Facebook
Вконтакте
Одноклассники
Google+
ŞİKAYƏT
Hörmətli redaksiya,
Sabirabad rayonunun Əhmədabad kəndində yağış yağanda, külək əsəndə işıqsız qalırıq, necə deyərlər, qara günlərimiz başlayır. Elektrik xətləri köhnəlib, dirəklər çürüyüb. Kəndin çox yerində naəlac qalıb elektrik xətlərini ağac budaqları ilə aparırıq. “Dirəklər” o dərəcədə çürüyüb ki, elektrik xətti qırılanda montyorlar onu bağlamağa çətinlik çəkirlər. Məcbur olub ağaclara dayaq veririr ki, yıxılmasın. Dəfələrlə rayon Elektrik Şəbəkəsinə desək də faydası yoxdur. Ümidimiz sizədir.
İsrafil Əliyev, Məcid Əhmədov,
Kərim Qayayev, Mərdəli Osmanov
Əhmədabad kənd sakinləri.