• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə növbəti görüş keçirmişdir

  • 30.04.2021, 20:22, Baxış sayı:
  • 582
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələri ilə növbəti görüş keçirmişdir
Aprelin 22-si və 29-da Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə növbəti dəfə görüş keçirmişdir. Görüşdə hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Görüş zamanı çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı qeyd etmişdir ki, son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması daim diqqət mərkəzində saxlanılır. Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etmək, sosial-iqtisadi problemlərinin daha səmərəlu həll olunmasına köməklik göstərmək məqsədilə biz hər bir şəhid ailəsinə dəstək olmaq üçün əlimizdən gələni etməyə hər zaman hazırıq.
Şəhid ailələrinin üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər. Səslənən müraciətlər arasında bir neçə şəhid ailəsi üzvlərinin işlə təminatı, müalicəsi, mənzil şəraitinin yaxşılaşdırılması və bir sıra digər məsələlər yer alıb. Əksər müraciətlər yerindəcə öz həllini tapıb, digər məsələlərlə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinə, qazilərə, veteranlara rayon İcra Hakimiyyəti tərəfindən daima qayğı göstərilir. Vətən müharibəsi iştirakçıları Rzayev Müslüm Mübariz oğlu və Rüstəmov Nurağa Mirzağa oğlu RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri və böyük məsləhətçisi təyin olunmuşlar. Bundan əlavə rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid Hümbətov Şahin Əlicuvana oğlunun həyat yoldaşı Hümbətova Gülnar Yağub qızı və şəhid Mirzəyev Elton Vüqar oğlunun anası Mirzəyeva Gülşən İbrahim qızı müvafiq olaraq Qaraağac kənd uşaq bağçasının müdiri və işçisi olmuş, şəhid Əsgərov Firavan Xanbala oğlunun anası Əsgərova Şamama Lazım qızı Surra kənd tam orta məktəbinə laborant təyin edilmiş, şəhid Mayılov Bəxtiyar İxtiyar oğlunun qardaşı Mayılov İmran İxtiyar oğlu Mexaniki Suvarma Sistemləri İdarəsində, şəhid Abbaslı Elgiz Fuad oğlunun bacısı Abbaslı Çilanay Fuad qızı Sabirabad Asan Xidmət Mərkəzində işlə təmin edilmiş, şəhidin digər bacısının Cavad kənd kitabxanaçısı təyin olunması ilə bağlı Sabirabad Regional Mədəniyyət idarəsində sənədləşmə işləri aparılır. Surra kənd sakinləri, şəhid ataları İxtiyar Mayılov və Xanbala Əsgərova yerli bələdiyyə tərəfindən torpaq sahələri ayrılmış və hazırda sənədləşdirmə işləri aparılır. Bu istiqamətdə işlər davam etdirilir.
Eyni zamanda rayon İcra Hakimiyyəti müxtəlif internet saytlarında və sosial şəbəkələrdə rayonda şəhid ailələrinə qayğı göstərilməməsi ilə bağlı yayımlanan əsassız yazılarla əlaqədar bildirir ki, hər bir şəhid ailəsinə, qaziyə və müharibə iştirakçılarına rayon İcra Hakimiyyəti tərəfindən daima diqqət və qayğı göstərilir. Təkçə son 10 gündə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri ilə bir neçə dəfə görüşlər keçirilmiş, onları narahat edən məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülmüşdür. Ümimuyyətlə bu kateqoriyadan olan vətəndaşlarımız RİH başçısı və digər məsul işçilər tərəfindən hər gün və növbədənkənar qəbul olunurlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter