• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib

  • 26.06.2021, 22:30, Baxış sayı:
  • 546
Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib
Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilib
Sabirabad rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə orden və medallar təqdim edilibİyunun 26-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilmişdir. Mərasimdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İcra Hakimiyyəti başçısının müavinləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamışdır. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə mərasimi açıq elan edən Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etdi ki, Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşməni ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq – iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində qazanıldı. Ölkə rəhbəri İlham Əliyevin qətiyyətli mövqeyi, sarsılmaz iradəsi, həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası və Ali Baş Komandanın rəhbərliyi ilə igid Vətən oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət sayəsində 30 illik həsrətə son qoyuldu. Şəhidlərimizin döyüş yoluna nəzər salan Siraqəddin Cabbarov onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirmişdir. Qeyd etmişdir ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, qazilərimizə öz minnətdarlığını bildirmişdir.
Ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan danışan icra başçısı Azərbaycan Ordusunun yaranmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirmişdir ki, bu gün Ümumilli Liderimizin ordu quruculuğu siyasəti möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur.

Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, bir gün öncə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamla Fizulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın, ümumiyyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif edilmişlər. Həmçinin İcra başçısı çıxışında vurğulaməşdır ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin rəisi Vüqar Mirzəyev çıxış edərək qeyd etdi ki, bu gün qələbə sevincini öz canlarını qurban verməklə bizə yaşadan hər bir şəhidin xatirəsi bizim üçün əzizdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin borcudur.
Çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə, qazilərə və veteranlara orden və medallar təqdim edilmişdir.
“Muğanın səsi”

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter