• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

QARATƏPƏ KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ

  • 08.09.2021, 10:15, Baxış sayı:
  • 730
 QARATƏPƏ KƏND  İNZİBATİ ƏRAZİ DAİRƏSİ

- Telefon kodu - 2365
- Poçt indeksi - AZ5426
- Ərazisi - 4859 hektar
- Əhalinin sayı - 6056
- Təsərrüfatların sayı –1555
- Əkin sahəsi 2350 hektar,
o cümlədən
bələdiyyə torpaqlarl 150 hektar
- 2200 hektar pay torpağı
4500 nəfər arasında bölüşdürülmüşdür

Qaratəpə kəndi dairənin inzibati mərkəzidir. RİHB-nin Qaratəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də burada yerləşir. Nümayəndəlik iki kəndi-Qaratəpə və Nərimankənd kəndlərini əhatə edir. Dairədəki kəndlərin adlarının etimologiyası ilə bağlı bunları söyləmək olar: Qaratəpə (bundan əvvəlki adı Pokrovka)-Toponim “qara” (qədim türk dilində “böyük”) və “təpə” (relyef forması) komponentlərindən yaranıb. Mənası “böyük təpə” deməkdir. Ruslar buraya köçürüldükdən sonra kəndə Pokrovka adı verilmişdir.
Nərimankənd-(əvvəlki adı Navadan) Kəndə bu ad Nəriman Nərimanovun şərəfinə verilmişdir. “Navadan” adı “Novodonetskoye” sözünün təhrif olunmuş formasıdır. Vaxtilə çar Rusiyası dövründə Donetskidən buraya köçürülənlər məskunlaşdıqları yeri “Novodonetskoye” adlandırmışlar. Yerli əhali isə həmin sözü “navadan” kimi tələffüz etmişdir. Tarixi mənbələri araşdırarkən kəndin qədim adı barədə tutarlı faktlara rast gəlmədik.
Sovet hakimiyyəti dövründə bu dairənin ərazisində Lenin adına kolxoz fəaliyyət göstərmişdir. Kolxoz respublikanın qabaqcıl təsərrüfatlarından olmuşdur.

ŞƏHİDLƏR
Birinci və ikinci Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksələn Qaratəpə kəndinin igid oğulları-Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu (1963-1992), Kərimov Vüqar Nəriman oğlu (1972-1992), Xanışov Mövlan Məmməd oğlu (1969-1992), Mehdiyev İlqar Möhübbət oğlu (1967-1992), Mehdiyev Sadiq Şahpələng oğlu (1971-1992), Soltanov Natiq Əliqulu oğlu (1974-1993), Qəhrəmanov Yalçın Məmmədxan oğlu (1974-1993), Cahangirov İsmayıl Allahverən oğlu (1971-1994), Musayev Şahlar Mədət oğlu (1973-1994), Məmmədov Rahib Rafiq oğlu (1975-1994), Abbasov Asif Mahur oğlu (1971-1994), Şahbazov Mərdalı Midrab oğlu (1988-2007), Məmmədzadə Toğrul Pərviz oğlu (2001-2020) birinci və ikinci Qarabağ müharibəsində torpaqlarımızın erməni qəsbkarlarından azad olunması zamanı qəhrəmanlıqlar göstərərək şəhid olmuşlar.
Nərimankənd kəndinin igid oğulları: Şahmurov Mübariz Ağahüseyn oğlu (1963-1992), Ağayev Rəsul Babaxan oğlu (1968-1992), Hüseynov Müşfiq Rüstəm oğlu (1975-1993), Həsənov Niyaməddin Sahib oğlu (1975-1993), Qarayev Novruz Mürsəl oğlu (1970-1993), Cəfərov Mətləb Məhəmməd oğlu (1977-2020)


Əmək Qəhrəmanı Fatma Hüseynova da bu diyardandır

Vaxtilə adına mahnılar bəstələnmiş, şeirlər, poemalar yazılmış tarla bahadırı Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli “Əmək” ordenli Fatma xanım Hüseynova da bu diyardandır. O dövrdə, elə indinin özündə onun haqqında çoxlu oçerk, zarisovka, digər qəzet materialları ilə çıxış etmişəm. Sovetlərin ən yüksək titullarından birini gəzdirən bu xanım öz həmkarlarından fərqli olaraq bu gün də iş başındadır. O, fermer təsərrüfatına rəhbərlik etməklə yanaşı, Qaratəpə Bələdiyyəsinin sədri kimi vəzifə də işləyir.
O, 1963-cü ildən həyatını birdəfəlik kolxoz işinə bağlayıb. Bununla bahəm Gəncədə ali təhsil alaraq aqronom ixtisasına yiyələnib. 1972-ci ildə onu kəndlərindəki Lenin adına kolxozda pambıqçılıq briqadirliyinə irəli çəkiblər.
Fatma xanım yaxşı işinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, iki çağırış isə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 5 qızıl, 3 gümüş, 2 bürünc medalına layiq görülmüşdür. “Fəxri pambıq ustası” adını almışdır. Azərbaycan Kommunist Partiyasının XX, XXV, XXX qurultaylarının nümayəndəsi olmuşdur. Sovet dövrünün ən ali mükafatını-Sosialist Əməyi Qəhrəmanı adını, eyni zamanda müstəqil ölkəmizin1-ci dərəcəli “Əmək” ordenini qazanmışdır. Fatma xanım fəxr edir ki, sovet dövrünün qızıl ulduzunu sinəsinə Ulu Öndər Heydər Əliyev, hazırkı ordeni isə möhtərəm Prezidentimiz İlham Əliyev sancmışdır.
Ümummilli Lider Heydər Əliyevin 2002-ci il oktyabrın 2-də imzaladığı sərəncamla o, ökə Prezidentinin fərdi təqaüdcüsüdür.

Aqrar sahədə nailiyyətlər ilbəil artır
Qaratəpə kənd inzibati ərazi dairəsində əhalinin əsas hissəsi kənd təsərrüfatı ilə məşğul olur. Bu isə əkinçiliyin inkişafını şərtləndirən əsas amildir. Fermerlərə taxıl əkinlərinə görə subsidiyaların verilməsi, texniki təminatın yaxşılaşdırılması üçün istehsalçılara lizinq yolu ilə güzəştli şərtlər əsasında texnika və gübrələrin satılması əkinçiliyin inkişafında yeni istiqamətlər açmış, əkin sahələrinin və məhsuldarlığın ilbəil artmasına səbəb olmuşdur.
Qaratəpədə Fatma Hüseynovanın rəhbərlik etdiyi kollektiv hər il bol pambıq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal edir. Ötən il hər hektardan 62 sentner pambıq götürmüşlər. Bu il taxılın məhsuldarlığı 65 sentnerə çatdırılmışdır. Cari ildə 30 hektar sahədə pambıq becərilərək barlı kollar hasilə gətirilmişdir. Məhsul yığımına başlanılmışdır. Pambığın hamısı maşınlarla yığılacaqdır.
Əmək bahadırının kollektivi mal-qara da bəsləyir. Heyvandarlığı inkişaf etdirmək üçün 45 hektar yonca sahəsindən bol yem tədarük olunur. Qeyd etmək lazımdır ki, kollektivdə 10 ailə çalışır. Hər ailə ayda 750 manat əməkhaqqı alır.
Kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəzərə çarpacaq səmərə vermişdir. Hər il 600 hektarda taxıl, 350 hektarda pambıq əkilib-becərilir, bol məhsul götürülür. Barama tədarükü tapşırığı yerinə yetirilmişdir. İribuynuzlu mal-qaranın, davarların baş sayında hər il artım müşahidə olunur. Hazırda kəndlərdə 3895 baş iribuynuzlu, 5655 baş xırdabuynuzlu heyvan bəslənilir. Kənd təsərrüfatının müxtəlif sahəsində şalışan Mübariz Məmmədov, Famil Cəfərov və başqaları bu ərazi vahidində qabaqcıl fermerlər kimi tanınırlar.
Digər torpaq mülkiyyətçiləri də fədakarlıq nümunəsi göstərirlər. Əkrəm Usmanov və Azər Balayev ötən il pambıqçılıq sahəsində yüksək göstəricilər əldə etmişlər. Onlar bu il də bol pambıq istehsal etmək əzmindədirlər. Fermerlər pambıq yığımına mütəşəkkil hazırlıqla başlamışlar.
Hörmət Səmədov dairədə qabaqcıl taxılçı kimi ad-san qazanmışdır. O, bu il hər hektardan yüksək məhsuldarlığa nail olmuşdur. Fermer gələn il hektarların məhsuldarlığını daha da artırmaq üçün payızlıq taxıl əkininə ciddi hazırlıq görmüşdür.
Fermer Sadatxan Ziyadov öndə gedən heyvandarlardandır. O, bol heyvandarlıq məhsulları istehsal etmək üçün yem ehtiyatının artırılmasına diqqət yetirir.
Dairədə baramaçılığın inkişafına da xüsusi əhəmiyyət verilir. Kümçü Abdul Sərdalov bu il barama tədarükündə daha çox fərqlənmişdir. O, tapşırığı artıqlamasilə yerinə yetirmişdir.
İqtisadi inkişaf

Dairədə bir sıra mühüm infrastruktur layihələr reallaşdırılır. Kəndlər təbii qazla təmin edilmişdir. Yenidən qurulan, asfaltlaşan yollar da sakinlərə böyük qayğının ifadəsidir.
Qaratəpə inzibati ərazi dairəsində fəaliyyət göstərir. İstixana şəraitində (sahibkar Tərlan Mehdiyev ) tərəvəz məhsulları yetişdirilir. Kəndlərdə 13 mağaza, 3 ictimai-iaşə obyekti, maşın təmiri sexləri və s. vardır.
Qaratəpə kəndində fəaliyyət göstərən Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin Regional Logistik Gübrə Bazası və Aqroservis Sabirabad filialı 2009-cu ildə tikilib istifadəyə verilmişdir. Tutumu 12 min tondur.
“N” saylı hərbi hissə, Sabirabad Suvarma Sistemləri idarəsi, 34 saylı Sabirabad Yol İstismarı İdarəsi dairənin ərazisindədir. Dairənin 4 məscidi vardır.
Qaratəpə inzibati ərazi dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya olunanların sayı gündən-günə artır. Prosesə başlandığı gündən indiyədək dairə üzrə 82 faizdən çox vətəndaş peyvənd olunub.
Problemlər:
Dairəyə elektrik xətti dəmiryoldan gəlir. Bu isə əhalini tam təmin eləmir. Burada ayrıca yarımstansiya quraşdırılmalıdır. Nərimankənd kəndində “Şıxlar” adlanan ərazidə kabelləşmə başa çatmayıb. Elektrik təsərrüfatı bərbad vəziyyətdədir. Buna görə də işıqlar tez-tez sönür. Qaratəpədə “Stansiya” deyilən ərazidə camaat sussuzluqdan əziyyət çəkir. Orada su xəttinə mator qoyulmalıdır ki, problem həllini tapsın. Dairənin kəndləri internetlə tam əhatə olunmayıb. Modul tipli su durulducu qurğulara ehtiyac vardır.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter