Kənd Təsərrüfatı naziri pambıqçı fermerlərlə görüşüb
- 07.09.2021, 11:18, Baxış sayı:
- 516
Facebook
Вконтакте
Одноклассники
Google+
Kənd təsərrüfatı naziri İnam Kərimov Sabirabad rayonunda pambıqçı fermerlərlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.
Bu il Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir.
Nazirliyin nümayəndə heyəti rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.
“Muğanın səsi”