• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İnam Kərimov pambıqçı fermerlərlə görüşdü

  • 29.08.2021, 18:09, Baxış sayı:
  • 457
İnam Kərimov pambıqçı fermerlərlə görüşdü
Kənd təsərrüfatı naziri İnam Kərimov məhsul yığımı ərəfəsində Saatlı və Sabirabad rayonlarında pambıqçı fermerlərlə görüşüb.
Nazirlikdən verilən məlumata görə, açıq səma altında keçirilən görüşlərdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi istiqamətində atılan addımlar müzakirə olunub.
Bildirilib ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri gücləndirilir, bu sahəyə marağın artması fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir. Həyata keçirilən dövlət dəstəyi mexanizmləri nəticəsində pambıqçılıq kənd təsərrüfatının ən əməktutumlu və fermerlərə ən çox gəlir gətirən sahəsinə çevrilib.
Bu il Saatlıda 14295 hektar, Sabirabadda 9260 hektar sahədə pambıq əkilib. Ölkə üzrə pambıq əkini sahələrinin 25 faizə yaxını bu iki rayonun payına düşür. Ötən il texnoloji xəritəyə uyğun qulluq tədbirlərinin aparılması, yeni əkin üsullarından istifadə sayəsində bu il də hər iki rayonda pambıqçılıqda yüksək məhsuldarlıq gözlənilir.
Nazirliyin nümayəndə heyəti hər iki rayonda təkrar qarğıdalı əkini sahələrinə, heyvandarlıq müəssisələrinə, intensiv bağlara baxış keçirib, fermerlərlə söhbətlər aparıblar.

/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter