• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir - Açıqlama

  • 16.08.2021, 18:57, Baxış sayı:
  • 528
 Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir - Açıqlama
Bəzi internet saytlarında rayonun Sarxanbəyli kənd sakinləri Mirzəyev Yengibar Astan oğlu, Məmmədov Vüqar İsməli oğlu, Tağıyev Cabir Rahim oğlu adından Sabirabad rayon icra hakimiyyətinin başçısı və rayon icra hakimiyyəti başçısı aparatının digər əməkdaşları barədə əsassız və qərəzli fikirlər yayılmışdır.
Yayılan məlumatdan sonra Sarxanbəyli kənd sakinləri Vüqar Məmmədov, Cabir Tağıyev 13 avqust 2021-ci il tarixdə rayon icra hakimiyyətinin başçısına rəsmi müraciət edərək sözügedən məsələlədən məlumatsız olduqlarını və sosial şəbəkədə yayılan məlumatlarla bağlı müsahibə vermədiklərini, həmin məqalənin saytdan silinmədiyi təqdirdə məhkəməyə müraciət edəcəklərini bildirmişlər.
Bildiririk ki, sosial şəbəkələrdə Sabirabad rayon icra hakimiyyəti başçısı haqqında qeyd olunan məlumatlar şər-böhtan xarakerlidir və icra başçısı barədə həmkəndlilərinin adından yazdiğları ilə bağlı Yengibar Mirzəyevin məhkəməyə verilməsi üçün sənədləşmə işləri aparılır.



Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter