• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı təkzib edir - Açıqlama

  • 13.03.2021, 16:06, Baxış sayı:
  • 497
Sabirabad icra hakimiyyəti sosial şəbəkədə yayılan məlumatı  təkzib edir - Açıqlama
Bəzi internet saytlarında Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun rayonun Xəlfəli kənd sakini, şəhid anası Rəsulova Pakizə Rzaqulu qızını qəbul etməməsi barədə əsassız və qərəzli fikirlər yayılmışdır.
Bu barədə Sabirabad Rayonu İcra Hakimiyyətindən bildiriblər.
Məlumatda deyilir:
Yayılan böhtan xarakterli yazılarda 70 yaşı olduğu deyilən şəhid anası, Xəlfəli kənd sakini Rəsulova Pakizə Rzaqulu qızının əslində 45 yaşı vardır, hazırda qızı, kürəkəni və nəvəsi ilə birlikdə yaşayır. Şəhid anası icra başçısına qəbul üçün müraciət etmədiyini və bununla bağlı heç bir internet saytına da müsahibə vermədiyini bildirmişdir.
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olan Rəsulov Ağacan Əfsər oğlu Xəlfəli kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı öndə olmaqla rayonun bütün rəhbər şəxsləri iştirak etmiş, yas mərasiminin keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Cənab Prezidentin tapşırığına əsasən gələcəkdə yaşayış sahəsi ilə təmin olunması üçün şəhid ailəsinin mənzil növbəsinə götürülməsi ilə bağlı sənədləşmə işlərinə də başlanılmışdır.
Bildiririk ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri daima rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Onları narahat edən problemlərin həlli ilə bağlı tərəfimizdən dərhal zəruri tədbirlər görülür. Həmçinin bu sıradan olan vətəndaşlarımızın münasib işlə təminatı istiqamətində də lazımi işlər görülür.
Həmçinin yayımlanan yazılarda göstərilən “digər faktlar” da eyni ilə şər-böhtan xarakterlidir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter