COVID-19-a qarşı peyvənd Sabirabadda vaksinasiya davam edir
- 01.07.2021, 19:44, Baxış sayı:
- 501
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünyada tüğyan edən, çoxsaylı insan ölümünə səbəb olan COVID-19 virusuna qarşı mübarizə tədbirləri davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Sabirabad rayonunda da bu xəstəliyə qarşı müxtəlif proflaktiki tədbirlər həyata keçirilir. Rayonda insanlar arasında maarifləndirici tədbirlər aparılır, əhalinin kütləvi toplaşmalarının qarşısı alınır, tibbi maskalardan istifadəyə və məsafə saxlanmasına ciddi nəzarət olunur.
Rayonda peyvəndləmənin hazırki vəziyyəti barədə Sabirabad Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Ənvər Lümanov ilə söhbət zamanı bildirdi ki, vaksinasiyaya 21 yanvar 2021-ci il tarixdən start verilmişdir. Rayon Mərkəzi Xəstəxanasının infeksiya şöbəsində peyvəndləmə üçün 5 səyyar briqada yaradılmışdır. Həkim briqadasının hər birində təcrübəli həkim və tibb bacıları fəaliyyət göstərir. Hər gün səhər tezdən soyuq zəncir prinsipinə uyğun olaraq vaksinlər buz çantasına yerləşdirilir. Əlavə olaraq briqadalar şok əleyhinə bütün dərmanlarla təchiz olunaraq kənd həkim və tibb məntəqələrinə ezam olunurlar.
Rayonda insanlar könüllü olaraq peyvənd olunmaq üçün tibb məntəqələrinə müraciət edirlər. Tibb məntəqəsinə gəlməkdə çətinlik çəkən insanlar isə evlərində vaksinasiya olunurlar. Hətta ahıl insanlar da peyvəndlənməyə maraqlıdırlar.
Sabirabadda vaksinasiya uğurla davam etdirilir. Belə ki, vaksinasiya prosesi başlayandan 29 iyun tarixinədək 46316 doza vaksin vurulub. Birinci doza 30839 nəfərə, ikinci doza isə 15486 nəfərə vurulub.
Hər gün 960 nəfər vaksinasiyadan keçir.
“Muğanın səsi”