• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SABİRABADDA COVID-19 İNFEKSİYASINA QARŞI VAKSİNASİYA DAVAM EDİR

  • 20.04.2021, 08:00, Baxış sayı:
  • 439
SABİRABADDA COVID-19 İNFEKSİYASINA QARŞI VAKSİNASİYA DAVAM EDİR
SABİRABADDA COVID-19 İNFEKSİYASINA QARŞI VAKSİNASİYA DAVAM EDİR
Sabirabadda “COVİD-19”-a qarşı vaksinasiya peyvəndləmə prosesi davam edir.
Sabirabadda yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndləmə prosesinə yanvarın 22-dən başlanılıb. Bu da Sabirabad rayon əhalisi tərəfindən müsbət qarşılanıb. Sakinlər əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini qeyd edib, COVID-19-a qarşı ölkədə aparılan mübarizə tədbirlərinə görə dövlət başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını çatdırıblar.
Hazırda hər gün təxminən 500 nəfərdən çox rayon sakini peyvənd olunur. Bu barədə Sabirabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Qeyd edilib ki, Sabirabadda eyni vaxtda 16 vaksinator peyvəndləmə prosesində iştirak edir. Bu günədək ümumilikdə 16347 nəfərdə peyvəndləmə aparılıb.
Qeyd edək ki, Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycanda əhalinin vaksinasiyasına başlanılıb. Mərhələli şəkildə keçirilən peyvəndləmə prosesi zamanı xoşagəlməz hal qeydə alınmayıb. Həkimlər də vətəndaşları peyvənd olunmağa, öz və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırırlar.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter