• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir

  • 04.03.2021, 18:34, Baxış sayı:
  • 474
Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir
Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir
Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir
Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir
Sabirabadda COVID-19 əleyhinə vaksinasiya davam edir
Koronavirus pandemi­yasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Sa­birabad rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Gənclər Mərkəzinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Stra­te­giya­sı”na uyğun olaraq vaksinasiya­nın birinci mər­­hə­­lə­sində tibb işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunublar. 50 yaşdan yuxarı vətəndaşların da peyvənd­lənməsi davam edir.
Qeyd edək ki, martın 3-dən isə ümumtəhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.
Növbəliliyin təmin edilməsi məqsədilə elektron müraciətlər üçün xidmət növü fəaliyyətdədir. İdarə, müəssisə və təşkilatlara əhalinin vaksinasiya tədbirlərində fəal iştirak etməsilə əlaqədar metodiki xarakterli təlimatlar verilir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter