• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda COVID-19-a qarşı vaksinasiya davam edir

  • 22.02.2021, 13:05, Baxış sayı:
  • 828
Sabirabadda  COVID-19-a qarşı  vaksinasiya davam edir
Sabirabadda  COVID-19-a qarşı  vaksinasiya davam edir
Sabirabadda  COVID-19-a qarşı  vaksinasiya davam edir
Sabirabadda  COVID-19-a qarşı  vaksinasiya davam edir
Sabirabadda  COVID-19-a qarşı  vaksinasiya davam edir
Sabirabadda yeni növ koronavirusa (COVID-19) qarşı peyvən­dləmə prosesi davam edir. Rayonda əvvəlcə tibb işçilərinin vaksinasiyası həyata keçirilib.
Yanvarın 21-dən başlayaraq peyvəndləmə prosesində 540-a yaxın tibb işçisinə vaksin vurulub. Bu günədək 1327 dozada vaksin gətirilib.
Peyvənd üçün Gənclər Mərkə­zində 6 xüsusi otaq ayrılıb. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansısa problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Bu otaqlarda gün ərzində 100 nəfərin peyvəndlənməsi mümkündür. Vaksinlər tələb olunan normalara uyğun şəkildə xüsusi termoçantalarda gətirilərək, so­yu­du­cularda saxlanılır.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Ənvər Lümənov deyib ki, peyvənd vurulan şəxslərə sertifikat da verilir. Peyvəndin ikinci dozası isə 28 gündən sonra tətbiq olunur.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq fevral ayının 8-dən etibarən COVID-19 əleyhinə vaksinasiyasının növbəti mərhələsi həyata keçirilməyə başlayıb. Qeyd edək ki, Strategiyaya uyğun olaraq vaksinasiyanın bu mərhələsində yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndləndirilir. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Əli HÜSEYN
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter