Bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə saldığı halda Azərbaycanda ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu, reallıqdır.
Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, bu çətin günlərdə də öz vətəndaşının yanında oldu və bu gün də yanındadır. «Biz birlikdə güclüyük!» şüarı, ölkəmizdə, sözün əsl mənasında, vətəndaş-dövlət etimadının mövcudluğudur. Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun nümunəsində bunun bir daha şahidi olduq. Bundan əlavə, epidemiyanın fəsadlarından əziyyət çəkən sahibkarlar da unudulmadı, dövlətin onlara öz maliyyə dəstəyini göstərməsi bir daha təsdiq etdi ki, Azərbaycan dövləti hər bir vətəndaşının yanındadır, xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir, bu sevginin, qayğının, mərhəmətin bariz təcəssümüdür. Koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri və eləcə də bundan sonra nəzərdə tutulan genişmiqyaslı proqramlar Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikirlərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahının fəaliyyətə başlaması, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ölkəmizə Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr vaxtında gətirilərək tibb müəssisələrinə təhvil verilməsi, yeni laboratoriyalar formaslaşdırılması, qısa zamanda modul tipli xəstəxanaların qurulması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Azərbaycanda tibbi maskalar istehsal edən müəssisənin açılması dövlətin hər zaman öz vətəndaşının yanında olmasının təcəssümüdür.
Bizim üçün yaradılan bu unikal şansdan maksimum faydalanıb, əvvəlki günlərimizə qaldığımız yerdən davam edə bilərik. Unutmamalıyıq ki, əsrin bəlasından xilasımız vaksinasiyadan keçir. Bir sözlə, bütün bunları xalqımız görür və öz Prezidentinin yanındadır.
Rəxşəndə RZAYEVA,
Təqaüdçü