Binəli Yıldırım: “Qarabağ Azərbaycanındır, Türkiyə hər zaman Azərbaycanın yanındadır”
- 03.11.2020, 12:26, Baxış sayı:
- 552
Facebook
Вконтакте
Одноклассники
Google+
“Məqsədimiz torpaqlarını işğaldan azad edən Azərbaycana dəstək olmaqdır. Eyni zamanda, azərbaycanlı qardaşlarımızla Türkiyə xalqının həmrəyliyini bir daha nümayiş etdirməkdir".
“Muğanin səsi” Pravda.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib.
Binəli Yıldırım qeyd edib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “bir millət, iki dövlətik”. Azərbaycanın dostu bizim dostumuz, düşməni də bizim düşmənimizdir. Bundan sonra da daim belə olacaq. Qarabağ Azərbaycanındır, Türkiyə hər zaman Azərbaycanın yanındadır.