Prezident ölkədə vaksinasiyanın başlayacağı tarixi açıqladı
- 18.12.2020, 15:13, Baxış sayı:
- 407
Facebook
Вконтакте
Одноклассники
Google+
“Yola saldığımız ilin əsas mövzusu dünyada pandemiya ilə mübarizə olub. Bizim regionda həm də Dağlıq Qarabağ uğrunda hərbi əməliyyatlar olub. Bu baxımdan həmkarlarımla nə baş verdiyinə dair informasiyaları və gələcəkdə nə edəcəyimizlə bağlı fikirlərimi bölüşmək istəyirəm. Koronavirusla mübarizəyə gəlincə, Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada bu bəlaya qarşı operativ tədbirlər həyata keçirib”.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının onlayn sammitində çıxışı zamanı bildirib.
Dövlət başçısı qısa müddət ərzində ölkədə yeni laboratoriya, müasir və modul tipli xəstəxanaların açıldığını, büdcədən pul ayrıldığını və pandemiyadan əziyyət çəkən insanlara maliyyə yardımı göstərildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev vaksinasiyaya dair strategiyanın hazırlandığını ifadə edib. Bildirib ki, koronavirusa qarşı vaksinasiya proqramına 2021-ci ilin əvvəlindən başlanması planlaşdırılıb.
“Peyvəndlənmə könüllü olacaq, dövlət hesabına aparılacaq”, - deyə İlham Əliyev qeyd edib.