Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanındadır
- 28.04.2021, 13:48, Baxış sayı:
- 359
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 24-də ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırması müasir dünyamızda erməni yalanlarına və onlara beynəlxalq səviyyədə göstərilən himayədarlığa bariz nümunə oldu. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan qardaş Türkiyəyə dəstək verdi, bütün varlığı ilə Türkiyənin yanında olduğunu təsdiqlədi. Çünki Co Baydenin dedikləri tarixin təhrifindən, yerləşdiyi regonun söz sahibi olan Türkiyə dövlətinə qarşı nümayiş etdirilən qərəzdən başqa bir şey deyil. Deyilənlərin heç bir hüquqi əsası yoxdur və ermənilərin saxta soyqırımı iddiaları heç nəyi dəyişməyəcək.
ABŞ prezidenti Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib. Yüz il bundan öncə baş verən hadisələr təhrif olunmuş şəkildə təqdim edilərkən, cəmi 29 il əvvəl Ermənistanın Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına hələ də ədalətli qiymətin verilməməsi ancaq və ancaq qərəzliliyin nümunəsidir. ABŞ prezidentinin dedikləri Azərbaycanda ciddi etirazla qarşılandı. Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın ABŞ prezidenti Co Baydenin ifadəsini pisləyəcək birgə Bəyanatı ölkəmizdə siyasi müstəvidə yaranmış birliyin təcəssümüdür. Çox sevindirici haldır ki, müxtəlif ideologiyalarda olan siyasi partiyalar vahid məqsəd naminə öz siyasi ambisiyalarını bir kənara qoya və birləşə bilirlər. Fəaliyyətdə olan siyasi partiyaların tam əksəriyyətinin belə bir bəyanat qəbul etməsi ölkəmizdə mövcud olan milli birliyi, Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək, həm daxildə, həm də xaricdə mövcud olan antimilli qüvvələrə vurulan zərbədir. Bu bəyanat təkcə iki ölkə, xalqlarımız arasında olan həmrəylikdən xəbər vermir, eyni zamanda Vətən müharibəsindən sonra ölkəmizdə yaşanan siyasi birliyin parlaq göstəricisidir.
48 siyasi partiya rəhbərinin sədrinin imzaladığı bu Bəyanatda bildirildi ki, qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Azərbaycanın vahid mövqeyi də budur. ABŞ Prezidenti Bayden tərəfindən səsləndirilən “erməni soyqırımı” bəyanatı sadəcə Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi olaraq istifadə olunmaq üçün deyilmişdir. Siyasi partiyalar tərəfindən imzalanan bu bəyanat eyni zamanda ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Sevindirici haldır ki, Vətən müharibəsində əldə etdiyimiz milli həmrəyliyin siyasi birləşmədə, siyasi həmrəylikdə təzahür tapması təkcə ölkə daxili ictimai-siyasi vəziyyətdə deyil, ümumilikdə bütün türk dünyası adından dünyaya nümayiş olunan siyasi mədəniyyətdir.
Əzizağa Quliyev,
Çernobıl Əlilləri Cəmiyyəti Sabirabad
rayon təşkilatının sədri