• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR

  • 01.06.2021, 07:07, Baxış sayı:
  • 544
       Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR
       Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR
       Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür .
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, ölkəmizdə də uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq hər birimizin borcudur.
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi də fəaliyyət göstərdiyi 10 il ərzində uşaq və qadın hüquqlarının pozulmasının qarşısının alınması, bu qrupdan olan insanların, əlillərin, aztəminatlı ailələrin sosial problemlərinin həllində yaxından iştirak edir. Həmçinin maarifləndirici tədbirlərə də geniş yer veririk. “Erkən nikah”, “Məişət zorakılığı”, “İnsan alveri”, “Narkomaniya və onun fəsadları”, “Təhsil bizim gələcəyimizdir”, “Uşaq hüquqları” və s. mövzularda keçirdiyimiz tədbirlərlərdə uşaqların fəallığını təmin etmişik.
Mərkəz tarixi və əlamətdar günlərdə həmişə uşaqların yanındadır. Qeydiyyatımızda aztəminatlı, təkvalideyinli, fiziki məhdudiyyətli, xüsusi qayğıya ehtiyacı olan, serebral iflic, daun sindromlu, autizmli, himayədə olan və s.uşaqların iştirakı ilə həmişə maraqlı və yaddaqalan tədbirlər keçirməyə çalışmışıq. Əvvəlki illərdə olduğu kimi bu ildə iyunin 1-də pandemiyanın şərtlərini nəzərə almaqla xüsusi tədbirlər təşkil edəcəyik.
Eyni zamanda Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Ailədən ailəyə” aksiyasını bu gün də davam etdiririk. Aztəminatlı, tənha, fiziki məhdudiyyətli üzvü olan ailələrə ərzaq yardımları çatdırırıq.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Gələcəyimiz olan hər bir uşağın hüquqlarının qorunmasını təmin etmək borcumuzdur.
Ruhəngiz ƏLİYEVA,
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter