• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır

  • 01.06.2021, 18:35, Baxış sayı:
  • 527
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri  intensiv şəkildə aparılır
Azərbaycan hər zaman regionun inkişafı, təhlükəsizliyi naminə sıx regional əməkdaşlığın tərəfdarı olub və indiyədək də fəaliyyətini bu istiqamətdə qurub.
Əgər Ermənistanın işğal siyasəti olmasaydı, bugünkü acınacaqlı durumla üzləşməzdi. 30 illik işğalçılıq siyasətindən itirən ancaq Ermənistan oldu. Ancaq 2020-ci ilin payızında Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətində başlatdığı Vətən müharibəsindən sonra bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranıb.
Artıq Ermənistanda bəzi qüvvələr çox böyük səhvə yol verdiklərini anlamaqdadır. Onlar da dərk etməkdədirlər ki, qonşu ölkələrə ərazi iddiasına son verib, normal qonşuluq və əməkdaşlıq münasibətləri qurmadan nəinki ölkənin, eyni zamanda millətin gələcəyi sual altındadır. Məhz indiyədək yürüdülən səhv siyasətin nəticəsidir ki, Ermənistan cəmiyyəti ciddi psixoloji dram yaşamaqdadır. Ermənistan cəmiyyətində insanların sabaha inamı yoxdur. İnamsızlıq mühiti yaşanmaqdadır. İstər Ermənistan hakimiyyəti olsun, istərsə də hakimiyyətə iddialı qüvvələr birmənalı şəkildə onu anlamalıdır ki, ölkənin gələcəyi qonşularla normal qonşuluq münasibətlərindən və əməkdaşlıqdan keçir. Bunun üçün Ermənistan ilk olaraq Azərbaycana qarşı ərazi iddiasından əl çəkib, ərazi bütövlüyünü tanımalı və normal qonşuluq münasibətləti qurmağa hazır olduğunu bəyan etməlidir. Artıq Azərbaycan Prezidenti bütün çətinliklərə baxmayaraq Ermənistanla normal əməkdaşlıq münasibətlərinin yaradılmasının şərtlərini açıqlayıb və orada da yuxarıda qeyd etdiyim şərtlər əksini tapıb. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi keçmiş acı dərslərindən nəticə çıxarıb, keçmişlə yaşamaq deyil, gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır. Regionun inkişafı naminə bölgə xalqlarının birgə yaşamağa öyrənməlidir. Bölgə ölkələrinin gələcəyi və mövcudluğu bundan asılıdır. Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamaq zorundayıq. Bir daha qeyd edirəm ki, nə qədər ağır və çətin olsa da, Azərbaycan tərəfi əməkdaşlığa hazırdır. Ancaq təəssüflər olsun ki, biz bu gün də Ermənistan hökumətinin və siyasətçilərinin ən böyük səhvi və problemi kimi hələ də keçmişlə yaşayıb, gələcək haqqında düşünməmələridir.
Arifə DƏRGAHOVA,
təqaüdçü müəllimə
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter