Regionun inkişafı naminə bölgə xalqları birgə yaşamağa öyrənməlidir
- 01.06.2021, 18:30, Baxış sayı:
- 432
Facebook
Вконтакте
Одноклассники
Google+
“Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq öz aktuallığını itirib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub. Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Bu istiqamətdə işlər artıq başlayıb. Bu məqsədlə artıq texniki və maliyyə imkanları da müəyyənləşib. İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri intensiv şəkildə aparılır.
Ancaq ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb. Ermənistan isə indiyə qədər minaların xəritəsini Azərbaycana verməkdən imtina edir. İşğaldan azad olunmuş ərazilərin vəziyyətinin erməni vandalizmin sübutudur. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Azərbaycan Prezidenti “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdə nəzərə çatdırdı ki, bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı, bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb.
Ancaq biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Dövlət başçısının da vurğuladığı kimi, bu, asan deyil, emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Ancaq Azərbaycan əməkdaşlığa hazırdır. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışır, gələcək haqqında düşünmürlər.
Yaşar HÜSEYNOV,
şəhid atası