• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu

  • 31.05.2021, 07:44, Baxış sayı:
  • 501
Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu
Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu
Azərbaycanın təşəbbüsü və dəstəyi ilə bölgədə transmilli iqtisadi, enerji və logistik layihələrə həyata keçirilib. Sadəcə, Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində regionunun bütün ölkələri arasında sıx regional əməkdaşlıq mümkün deyildi. Bunun da acısını nəticədə Ermənistan özü çəkməli oldu. Belə ki, bütün regional layihələrdən kənarda qalması nəticəsində Ermənistanda uzun illərdir sosial-iqtisadi, siyasi böhran hökm sürməkdədir. Öz yürütdüyü siyasət nəticəsində iqtisadi təcrid vəziyyətinə düşən Ermənistan hazırda bunu acı nəticəsini yaşamaqdadır.
Ermənistan ötən il noyabrın 10-da imzalanmış Birgə Bəyanatın bütün bəndlərini yerinə yetirməsə, vəziyyət dəyişə bilər. Bu isə yalnız Ermənistanın düşdüyü acınacaqlı durumu daha da ağırlaşdıracaq. Ona görə də Ermənistanın siyasi elitası daha çox mövcud şərtlər daxilində gələcəyə baxmalı, antitürk, anti-Azərbaycan stereotiplərlə yaşamamalıdır. Belə olan vəziyyətdə Ermənistan yeni vəziyyəti, real imkanları, qüvvələr nisbətini düzgün qiymətləndirməlidir.
44 günlük Vətən müharibəsində qazanılan qələbə ölkəmizin və regionun sürətli inkişafı üçün əsaslı zəmin yaradıb. Azərbaycan xalqının qələbəsi dövlətimizin iqtisadi, siyasi gücünün, eləcə də beynəlxalq mövqelərinin artmasının məntiqi nəticəsidir. Hazırda regionumuzun inkişafı üçün geniş imkanlar açılıb. Qonşu ölkələr regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar. Azərbaycan hökuməti regionun gələcəyini, nəqliyyat, logistika, enerji əməkdaşlığı, ticarət və s. ilə bağlı layihələrin necə ola biləcəyini qonşular ilə müzakirə edir. Beynəlxalq iqtisadi əməkdaşlıq çərçivəsində nəqliyyat layihələrin inkişafına xüsusi diqqət ayrılmalıdır. Qələbəmiz ölkənin yeni iqtisadi inkişaf mərhələsinin əsasını qoydu. Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Ölkəmiz artıq çox mühüm təşəbbüslərlə çıxış edib. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Ermənistanın gələcəyi isə bu əməkdaşlıq platformasına qoşulmaqdan keçir. Əks halda, bu ölkənin heç bir gələcəyi yoxdur.
Şahin Cəfərov,
Cərrah
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter