Ermənistan Azərbaycanın digər torpaqlarını da işğal etmək istəyirdi
- 29.04.2021, 07:27, Baxış sayı:
- 452
Facebook
Вконтакте
Одноклассники
Google+
Aprelin 26-da BMT-nin qərargahı Tailandda yerləşən Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının "Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması" mövzusuna həsr edilən 77-ci sessiyası öz işinə başlayıb. Sessiyada BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır, BMT Baş katibi Antonio Quterreş, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və digərləri çıxış ediblər.
Dövlət başçısı çıxışında Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddiaları irəli sürməsi, yeni işğala hazırlaşmasını qeyd edib. O bildirib ki, “Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ilin iyul ayında Ermənistan dövlət sərhədində hərbi təxribat törətmişdir. Avqust ayında isə Ermənistanın diversiya qrupu təmas xəttini keçməyə cəhd etmişdir. Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir”.
Prezidentin Sessiya iştirakçılarını 30 il davam edən işğala baxmayaraq, Ermənistanın bununla kifayətlənmədiyini və digər torpaqlarımızı da işğal etmək niyyətində olduğunu qeyd etməsi olduqca vacib amildir. Çünki Ermənistanın Azərbaycana ərazi iddiası bir çoxlarının düşündüyü kimi təkcə Dağlıq Qarabağ ilə məhdudlaşmır, bu dövlət “Dənizdən dənizə böyük Ermənistan” konsepsiyası əsasında ölkəmizin bir çox ərazilərinə iddialar edir. Ən son David Tonoyan və Nikol Paşinyanın sülh danışıqları vaxtı Azərbaycana qarşı “yeni müharibə, yeni ərazilər” strategiyasını irəli sürmələri də, Prezidentin bu ölkənin məkrli planları haqqında dediklərini təsdiqləyir. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan və Ermənistan arasında ərazi münaqişəsi heç də təkcə Qarabağın dağlıq hissəsi ilə bağlı deyil. Bu coğrafiya dəfələrlə daha genişdir. 30 il ərzində İrəvanın təkcə Dağlıq Qarabağı deyil, həm də Zəngəzurun şərqini işğal etməsi dediklərimizin bariz sübutudur.
Seyidhüseyn Hüseynov,
Sabirabad rayon Təsil şöbəsinin metodisti