• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ciddi siqnal. Kənd Təsərrüfatı Nazirinin üzv olduğu Sabirabad “Birlik” İstehsal Kooperativinin 2020-ci ilin iyununda dağıdılmış nasos stansiyası hələ də bərpa olunmayıb

  • 20.05.2021, 08:56, Baxış sayı:
  • 410
Ciddi siqnal.  Kənd Təsərrüfatı Nazirinin üzv olduğu Sabirabad “Birlik” İstehsal Kooperativinin 2020-ci ilin iyununda dağıdılmış nasos stansiyası hələ də bərpa olunmayıb
Ciddi siqnal.  Kənd Təsərrüfatı Nazirinin üzv olduğu Sabirabad “Birlik” İstehsal Kooperativinin 2020-ci ilin iyununda dağıdılmış nasos stansiyası hələ də bərpa olunmayıb
Ciddi siqnal.  Kənd Təsərrüfatı Nazirinin üzv olduğu Sabirabad “Birlik” İstehsal Kooperativinin 2020-ci ilin iyununda dağıdılmış nasos stansiyası hələ də bərpa olunmayıb
Kooperativin sədri: “Nasos stansiyasının dağıdılması kooperativi dağıtmaq deməkdir”

Redaksiyaya bu ilin martın 12-də aşağıdakı məzmunda verilən cavab tamamilə əsassız, daha doğrusu, yalandır: “Nasos stansiyasının mühərrik dəsti hazırda əvvəlki yerinə qaytarılmış və istismara buraxılması üçün son tamamlama işləri gedir”

“Azərbaycan Respublikasında kənd təsərrüfatı koope­rasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında Sabirabad rayonunun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində Sabirabad Rayonu “Birlik” İstehsal Kooperativi yaradılıb.
2018-ci ilin noyabrın 22-də Yaxa Dəllək kəndində “Birlik” İstehsal Koope­rativinin təqdimat mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, mütəxəssislər və kooperativin üzvləri iştirak ediblər.
Nazir Sabirabad rayonunda ilk kooperativin yaradılmasının təşəbbüskarlarını təbrik edib: “Bu addımın digər rayonlar üçün də uğurlu nümunə olacağına inanıram. Bu təşəbbüsü dəstəkləyirəm, mənə verilən məlumata görə, kooperativin 680 nəfər üzvü var. Bu gündən məni də bu kooperativin 681-ci üzvü saya bilərsiniz”.

Bəs Nazirin üzv olduğu Koope­rativdə vəziyyət necədir?
Bu barədə “Birlik” İstehsal Koopera­tivinin sədri Şamil Əliyev “Muganın səsi” qəzetinə ünvanladığı məktubda Kooperativin təşkil olunduğu 2018-ci ildən indiyədək bu kollektiv təsərrüfatda xeyli iş görüldüyündən həvəslə yazmışdı: “Kooperativdə suvarma-meliorasiya işlərinin yaxşılaşdılması üçün əsaslı işlər aparılıb. Beşdəli kəndində nasos stansiya yenilənmiş, 1,3 km beton kanal inşa edilmişdir. Eləcə də Yaxa Dəllək kəndində üzən nasos quraşdırılmış, 1,2 km asma beton kanal inşa olunmuşdur”.
Ancaq Kooperativin sədri Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə Meliorasiya və Su təsərrüfatı ASC tərəfindən qurulmuş Yaxadəllək kəndinin ərazisində, dəmir yolunun 40 metrlik məsafəsində, baş meliorasiya kollektorunun üstündə yeni su ötürücü nasos stansiyanın dağıdılmasından da şikayətlənirdi. Yazırdı ki, “Nasos stansiyası Beşdəli və Yaxadəllək kəndlərinin əkin sahələrində əmələ gələn izafi qurunt sularının kənarlaşdırılması və torpağın şorandan yuyulması məqsədi ilə tikilmişdi. Amma 2020-ci ilin iyul-avqust aylarında pambıq əkinlərinin suvarılmasının qızğın çağında su qıtlığını əsas tutub Sabirabad meliorasiya idarəsi bu stansiyanı dağıdaraq, nasosu Moranlı kəndinə aparıblar”. Sonra...Kooperasiya sədinin çoxsaylı müraciətlərinə də əhəmiyyət verilməyib, pambıq əkinlərinin suvarılması başa çatandan sonra da nasos stansiya bərpa olunmayıb.
Qeyd edək ki, biz KİV olaraq “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyevə dəstək olduq. Onun “Birlik” İstehsal Kooperativinin dağıdılmış nasos stansiyasını kimlər bərpa edəcək?!” sərlövhəli məktubunu bu ilin yanvarın 7-də dərc etdik, həmçinin qəzetin “Muganinsesi.az” internet səhifəsində də verdik. Bu mühüm məsələnin həlli üçün Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə xüsusi məktub göndərdik. Mərkəzin direktoru Heydər Yaqubovdan aldığımız cavab məktubunu da qəzetin 12 mart 2021-ci il tarixli nömrəsində oxuculara təqdim etdik. Həmin cavabdan bir hissəni sizin də diqqətinizə çatdırmaq istəyirik: Direktor Sabirabad Meliorasiya idarəsinin rəisi Alim Mürşüdovun Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə ünvanladığı məktubuna əsasən yazmışdır ki, “2020-ci ilin iyul ayında su qıtlığı ilə əlaqədar sösügedən nasos stansiya sökülərək Moranlı kəndi ərazisində suvarma məqsədilə qurulmuşdur. Nasosun yerinin dəyişdirilməsinə səbəb quraqlıqla əlaqədar mövcud su ehtiyatlarından səmərəli istifadə olunaraq kənd təsərrüfatı əkinlərinin, xüsusi ilə pambıq tarlalalrının suvarılması məqsədi ilə edilmişdir. Nasos stansiyanın Moranlı kəndinə yerinin dəyişdirilərək, Sabir kanalı üzərində qurulması xeyli əkin sahələrinin operativ şəkildə suvarılmasını təmin etmişdir”.
Cavabda daha sonra deyilirdi ki, “Birlik” istehsal kooperativinin nasos stansiyasının mühərrik dəsti hazırda əvvəlki yerinə qaytarılmış və istismara buraxılması üçün son tamamlama işləri gedir”.
Doğrusu bu qəliz cavaba həm sevindik, çünki “son tamamlama işlərinin” getdiyi bildirilirdi, həm də məsul vəzifəli şəxslərin nasos stansiyanın dağıdıllmasına haqq vermələri bizi məyus etdi. Qəzetin səhifəsində həmin cavabı cavablandırmışdıq da: “Nasosun Sabir kanalı üzərində qurularaq xeyli əkin sahələrinin operativ şəkildə suvarılmasını alqışlayırıq. Ancaq nasosun yerini dəyişdirərkən STANSİYANI DAĞITMAĞA EHTİYAC VAR İDİMİ?! Niyə külli miqdarda dövlət vəsaiti sərf edilmiş nasos stansiya dağıdılıb?”,- deyə həmin vəzifəli şəxslərdən cavab da istəmişdik.
Cavab gəldi, ancaq Kooperativin sədri Şamil Əliyevdən: “Söz verdilər qısa müddətdə nasos stansiyası bərpa olunacaq, təəssüf ki, bu günə qədər heç bir iş görülməyib. Nasos stansiyasının dağıdılması kooperativi dağıtmaq deməkdir”.
Deməli, Sabirabad Meliorasiya idarəsinin dağıtdığı su nasos stansiyasınln bərpası barədə redaksiyaya verilən cavab gözdən pərdə asmaqdan başqa bir şey deyilmiş.
Dövlət mülkiyyətinə belə yaramazlıq olmaz. Inanırıq ki, Kənd Təsərrüfatı Nazirliyi kifayət qədər vəsait xərclənib inşa edilmiş stansiyanı dağıdanlar və bu günədək bərpasını qulaqardına vuranlar barəsində təsirli tədbirlər görəcəkdir.
İndi özünüz nəticə çıxarın, Nazirin üzv olduğu Kooperativə münasibət belədirsə, bəs başqa təsərrüfatlara necədir?!
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter