• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bizə cavab verirlər. “Birlik istehsal kooperativinin nasos stansiyanın mühərrik dəsti hazırda əvvəlki yerinə qaytarılmış və istismara buraxılması üçün son tamamlama işləri gedir”

  • 13.03.2021, 08:35, Baxış sayı:
  • 423
Bizə cavab verirlər.  “Birlik istehsal  kooperativinin  nasos  stansiyanın  mühərrik dəsti hazırda əvvəlki yerinə qaytarılmış və istismara buraxılması üçün son  tamamlama  işləri gedir”
“Muğanın səsi” qəzetinin 7 yanvar 2021-ci il tarixli 2-ci nömrəsində və qəzetin “Muganinsesi.az” internet səhifəsində verilmiş “Birlik” İstehsal Kooperativinin dağıdılmış nasos stansiyasını kimlər bərpa edəcək?!” sərlövhəli tənqidi yazıda qaldırılan məsələnin həlli ilə bağlı Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubovun imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad rayonunun ictimai-siyasi “Muganin səsi” qəzetinin rayonun Minbaşı İnzibati ərazi Nümayəndəliyinin ərazisində fəaliyyət göstərən “Birlik İstehsal Kooperativinin dağıdılmış nasos stansiyasını kimlər təmir edəcək” sərlövhəli tənqidi yazıda qaldırılan məsələylə əlaqədar nasos stasiyaya baxış keçirilmişdir. Nasosun bərpası istiqamətində işlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlarla əlaqə saxlanılıb tədbir görülməsi tələb olunmuşdur. Qaldırılan məsələyə rəsmi münasibət bildirən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Meliorasiya idarəsinin rəisi Alim Mürşüdovun Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə ünvanladığı məktubuna əsasən 2020-ci ilin iyul ayında su qıtlığı ilə əlaqədar sösügedən nasos stansiya sökülərək Moranlı kəndi ərazisində suvarma məqsədilə qurulmuşdur. Idarə rəisinin verdiyi məlumatda nasosun yerinin dəyişdirilməsinə səbəb quraqlıqla əlaqədar mövcud su ehtiyatlarından səmərəli istifadə olunaraq kənd təsərrüfatı əkinlərinin, xüsusi ilə pambıq tarlalalrının suvarılması məqsədi ilə edildiyi bildirilmişdir. Nasos stansiyanın Moranlı kəndinə yerinin dəyişdirilərək, Sabir kanalı üzərində qurulması xeyli əkin sahələrinin operativ şəkildə suvarılmasını təmin etmişdir.
Sabirabad Meliorasiya ida­rəsindən bildirilmişdir ki, Birlik istehsal kooperativinin nasos stansiyanın mühərrik dəsti hazırda əvvəlki yerinə qaytarılmış və istismara buraxılması üçün son tamamlama işləri gedir”.
P.S. Cavabdan görünür ki, “Nasosun yerinin dəyişdirilməsinə səbəb quraqlıqla əlaqədar mövcud su ehtiyatlarından səmərəli istifadə olunaraq kənd təsərrüfatı əkinlərinin, xüsusi ilə pambıq tarlalarının suvarılması məqsədi ilə edilmiş və nasos stansiyanın Moranlı kəndinə yerinin dəyişdirilərək, Sabir kanalı üzərində qurulması xeyli əkin sahələrinin operativ şəkildə suvarılmasını təmin etmişdir”. Bu çox yaxşıdır, alqışa layiqdir.
Bəs nasosun yerini dəyişdirərkən STANSİYANI DAĞITMAĞA EHTİYAC VAR İDİMİ?! (şəkil əlavə olunur).
Niyə külli miqdarda dövlət vəsaiti sərf edilmiş nasos stansiya dağıdılıb? Bizdən kömək istəyən “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyev və elə redaksiya da buna cavab istəyirdi. Təəssüf ki, əsas məsələdən yan keçilib.
Məsələ diqqətimizdədir.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter