• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bizə cavab verirlər. “Aparılacaq zəruri təmir- bərpa işlərinin həcmi müəyyən edilmiş, lazım olan mal və materialların ayrılması və işlərin icrası 2021-ci ilin üçüncü rübündə nəzərdə tutulmuşdur”

  • 13.03.2021, 08:33, Baxış sayı:
  • 361
Bizə cavab verirlər.  “Aparılacaq zəruri təmir- bərpa işlərinin həcmi müəyyən edilmiş, lazım olan mal və  materialların ayrılması və işlərin icrası 2021-ci ilin  üçüncü rübündə nəzərdə  tutulmuşdur”
“Muğanın səsi” qəzetinin 26 yanvar 2021-ci il tarixli 5-6-cı nömrəsində və qəzetin “Muganinsesi.az” internet səhifəsində “Yazdıqlarımıza bir də qayıdırıq” rubrikası altında verilmiş “Sabirabad Elektrik Şəbəkəsinin bir sıravi işçisi belə bizim problemlə maraqlanmayıb” sərlövhəli tənqidi yazıda Ulacalı və Bulduq kəndlərinin bir qrup sakininun elektrik dirəkləri əvəzinə ağac budaqlarından istifadə etməsi ilə bağlı şikayətlərinə əhəmiyyət verilməməsindən bəhs edilirdi.
Qaldırdığımız məsələnin həlli ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətindən cavab istəmişdik. Həmin Cəmiyyətin Texniki Departament direktorunun müavini Etibar Qafarlının imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya,
Sabirabad rayonunun, “Muganin səsi” qəzetinin 26 yanvar 2021-ci il tarixli 6-cı nömrəsində “Yazdıqlarımıza bir də qayıdırıq rublikası altında” rayonun Ulacalı və Bulduq kəndlərinin elektrik şəbəkələrində təmir-bərpa işlərinin aparılmaması barədə “Sabirabad Elektrik Şəbəkəsinin bir sıravi işçisi belə bizim problemlə maraqlanmayıb” sərlövhəli yazı araşdırılmışdır.
Bununla əlaqədar olaraq bildiririk ki, aparılacaq zəruri təmir-bərpa işlərinin həcmi müəyyən edilmiş, lazım olan mal və materalların ayrılması və işlərin icrası 2021-ci ilin üçüncü rübündə nəzərdə tutulmuşdur”.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter