Azərbaycanda ötən il 337 min tona yaxın pambıq yığılıb
- 22.01.2021, 17:17, Baxış sayı:
- 417
Facebook
Вконтакте
Одноклассники
Google+
2020-ci ildə Azərbaycandakı təsərrüfatlarda 336,5 min ton pambıq istehsal olunub.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici 2019-cu ilə nisbətən 14% artıb.
Hesabat dövründə ölkədə 100,2 min hektar sahədən pambıq yığılıb ki, bu da 2019-cu ilin göstəricisindən 0,1% çoxdur. 2019-cu illə müqayisədə ötən il məhsuldarlıq 13,9% artaraq 33,6 sent/ha təşkil edib. /Muganinsesi.az/