• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhidlərimiz. “Əfsun Vətən yolunda şəhid olub... bundan ucası yoxdur”

  • 17.02.2021, 16:10, Baxış sayı:
  • 1715
Şəhidlərimiz. “Əfsun Vətən yolunda şəhid olub... bundan ucası yoxdur”
Şəhidlərimiz. “Əfsun Vətən yolunda şəhid olub... bundan ucası yoxdur”
Şəhidlərimiz. “Əfsun Vətən yolunda şəhid olub... bundan ucası yoxdur”
Şəhidlər zirvələrə qaldırılan bayrağımız, onların uyuduğu torpaq ocaqlarımız, pirlərimiz, adları şüarımız, keçdikləri yol isə tariximizdir
Sabirabadın Beşdəli kəndində Mətləb və Zülfiyyə xanımın ailəsində 1999-cu ilin iyun ayının 26-da bir oğul dünyaya gəlmişdi. Bibisi Həcər xanımın dediyinə görə, ailənin sevinci yerə-göyə sığmırdı. Adını Əfsun qoyurlar. Əfsunun boyu artdıqca “Ay parçası” kimi gözəl bir oğlan olurdu.Evin tək oğlu (bir bacısı olsa da), əziz-xələfi idi.
Əlif Xanlarov adına Yaxa Dəllək kənd tam orta məktəbini bitirmişdi. Nümunəvi davranışı və son dərəcə gözəl əxlaqı ilə bütün uşaqlardan fərqlənirdi. Elə fərqli olduğuna görə də məktəb tərəfindən tərifnamə də almışdı. 2017-ci ildə əsgəri xidmətdə olan zaman atası rəhmətə getmişdi. Komandirliyin təşəkkürnaməsi ilə xidmətini başa vuran Əfsun zəkası, cəldliyi, çevikliyi ilə fərqlənirdi. Belə də olmalı idi. Atası mərhum Mətləb Hüseynov birinci Qarabağ mü­haribəsinin iştirakçısı olduğundan Əfsunu vətənpərvərlik ruhunda bö­yütmüşdü.
2020-ci il oktyabrın 1-də hərbi səfərbərliklə bağlı müharibəyə yola düşüb. Əvvəlcə Füzuli rayonunun alınması uğrunda gedən döyüşlərə plamyotçu kimi qatılıb.Sonradan Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Komandirinin dediyinə görə, əsgəri xidməti xüsusi təyinatlıların sırasında keçmişdi. Uğurlu döyüş yolu keçən Əfsun növbəti dəfə Zəngilanın iki – Məmmədli, Çənlibel kəndlərinin alınması uğrunda gedən döyüşlərdə iştirak edib. Müzəffər ordunun növbəti döyüş məkanı Qubadlı olub. Əfsun bu dəfə Qubadlının Xanlıq və Balasoltanlı kəndlərinin alınması uğrunda gedən döyüşlərə qatılıb. Mərdlik göstərən Əfsun Hüseynov oktyabrın 21-də Qubadlının Balasoltanlı kəndinin alınması uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Noyabrin 5-də isə Qaraağac kənd qəbristanlığında salınmış Şəhid məzarlığında dəfn olunub.
Böyük arzularla oğlu Əfsunu ikinci Qarabağ müharibəsinə yola salan anası Zülfiyyə xanım deyir : “ Əfsun kimi döyüşə gedərək şəhid olan neçə-neçə balaların “Qurban”ları bağlı qaldı. Bəlkə də mənim kimi anaları evdə tək-tənha qalaraq sabaha kimi oğlunun xəyalı ilə danışanlar da var. Əfsun Vətən yolunda, minlərlə qaçqın və köçkünün arzularının gerçəkləşməsi yolunda şəhid olub. Bundan ucası yoxdur”.
Əfsun Mətləb oğlu Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Rauf QARAYEV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter