• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

MƏSULİYYƏTSİZLİK !

  • 13.11.2020, 13:48, Baxış sayı:
  • 686
MƏSULİYYƏTSİZLİK !
Şəhərdə inəklər gəzir və yaxud mərkəzi avtomobil yollarında, prospekt və küçələrdə bu “mənzərə” adı hal alıb

Sabirabad günbəgün müasirləşir və sürətlə inkişaf edir. Park və xiyabanlar qurulub, yollar çəkilib, yaşıllıqlar salınıb. Bir-birindən yaraşıqlı binalar göz oxşayır.
Bütün bunlardan danışanda istər-istəməz bir köks ötürürsən. Düşünürsən ki, nə olardı aidiyyəti qurumlar-Şəhər İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin və onun tabeçiliyində olan xidmət sahələrinin vəzifəli şəxsləri bu gözəlliyə xələl gətirməyəydilər, məsuliyyətli olub şəhərin mərkəzində günün hər vaxtı dəstə-dəstə dolaşan mal-qaraya bir əncam çəkəydilər.
Şəhərimizin sürücüləri şahidlik edərlər. İnəklərin asta-asta yerişindən artıq təngə gəliblər. Küçələri artıq inəksiz təsəvvür edə bilmirsən.
Hər gün şəhərimizə onlarla qonaq gəlir. Bu “mənzərə” həmin şəxslərdə də istehzalı gülüş doğurur. Bəzən deyinərək buranı Hindistana oxşadırlar.
Buna nə ad vermək olar? Vəzifəli şəxslərin məsuliyyətsizliyi!
Sonda belə heyvanların sahiblərinə də sözümüz var. Axı şəhərdə heyvan saxlanılması məqbul deyil. Heç kim ailələrin iri buynuzlu mal-qara saxlamasına qarşı çıxmır. Sadəcə belələri əvvəldən heyvanların saxlanılma və yemləmə şəraitini də düşünməlidirlər.
Məsələ diqqətimizdədir.

İ.ƏSGƏROV
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter