Sabirabad rayonunun ictimai-siyasi “Muğanın səsi” qəzetinin Baş redaktorunun müraciəti
- 03.11.2020, 15:20, Baxış sayı:
- 2063
Facebook
Вконтакте
Одноклассники
Google+
Əziz oxucular !
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi sahədə qarşıya qoyduğu vəzifələr, o cümlədən rüşvətxorluğa, özbaşınalığa, talançılığa qarşı mübarizə sahəsində tövsiyyələri fəaliyyətimizin əsas lokamativi olacaqdır.
Ölkə Prezidentinin dönə-dönə dediyi: `...bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir` tövsiyyələrindən hələ də nəticə çıxarmayanlar var.
Əmin olun ki, cəmiyyətimizin inkişafına əngəl olanlara qarşı çıxacaq, bütün sahələrdə nöqsan və çatışmazlıqları açıb göstərəcək və ehtiram qazananları da Sizə tanıdacaq, yalançı və böhtançılara da sözümüzü deyəcəyik. Haqq-ədalət carçısı olmaq üçün düzü-düz, əyrini-əyri yazmağı qarşımıza məqsəd qoymuşuq. Ədalət işimizin əsas prinsipi olacaqdır.
Məqsədimizə nail olmaq üçün Sizin köməyinizə ehtiyacımız böyükdür. Cənab Prezidentin dediyi kimi, “..ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkminləşir”. İctimai nəzarətə xüsusi əhəmiyyət verərək Sizi narahat edən bütün məsələləri qəzet və portalımızın səhifəsinə çıxaracaq, hər bir səsinizə hər vaxt hay verəcəyik. Elə bu yerdə xüsusi vurğulamaq istəyirik ki, “özündən deyən” məmurlar və vəzifəli şəxslər də tapılacaq ki, desinlər: “Qəzetdə və yaxud internet saitində çıxmaqla nə olacaq ki..”. Əmin edirik ki, nöqsanları, haqsız və ədalətsizlikləri təkcə qəzetdə və yaxud saitdə dərc etməklə kifayətlənməyəcək, onların hər vəchlə aradan qaldırılmasına çalışacağıq. Deyilənlərdən nəticə çıxarıb iş görənlərin ünvanına xoş sözlər deyəcək, laqeydlik, biganəlik və məsuliyyətsizlik göstərənlərə isə cavabımız sərt və qəti olacaqdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin idarə, müəssisə rəhbərləri və laqeyd məmurlar barədə təsirli tədbir görməyi onların yuxarı təşkilatlarından istəyəcəyik.
Bütün fəaliyyətimizi mövcud qanunlarımız əsasında quracaq, yerlərdən aldığımız hər bir informasiyanı Sizə bəzək-düzəksiz, yəni olduğu kimi çatdıracağıq.
Bü günkü qəzet bolluğu, fikir pluralizmi şəraitində qəzetimizin sayılıb-seçilməsi üçün nə lazımdırsa edəcəyik.
Təzə və vacib xəbərləri hər gün Sizə çatdırmaq üçün internet saitimizlə görüşünüzə gəlmişik.
Sizin sözünüz, bizim sözümüzdür!