• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SABİRABAD-keçmişə və bu günə şahidlik edən diyar

  • 27.01.2021, 10:59, Baxış sayı:
  • 1001
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
SABİRABAD-keçmişə və bu günə  şahidlik edən diyar
Yaxın və şanlı keçmiş: Ulu Öndərə əbədi minnətdarıq

(Əvvəli qəzetin 12 yanvar 2021-ci il tarixli nömrəsində)
70-cı illərin əvvəllərində Sabirabadın təsərrüfatları dirçəlməyə başladı. Suvarmanın düzgün təşkili məhsuldarlığın artırılması üçün geniş imkanlar açdı. Pambıqçılığın inkişafı kifayət qədər yüksəldi. 1974-1980-ci illərdə tarlalardan 80-110 min ton pambıq yığıldı. Pambıqçılıqda məhsuldarlığın yüksəlməsi əhalinin gəlirlərinin artmasına da həlledici təsir göstərdi. 1975-ci ildə Sabirabadın gəliri 17317 min manat, 1980-ci ildə 21749 min manat, 1981-ci ildə 33201 min manat olmuşdur.
80-ci illərin əvvəllərində Sabirabadda 24 kolxoz olmuşdur. Statistikadan göründüyü kimi, Sabirabadın dirçəlişi 70-80-ci illərə aiddir. Bu da Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin rayona göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olmuşdur. Həmin illərdə Ulu öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: «Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adam­larının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir».
Onun birbaşa rəhbərliyi ilə Sabirabadda İttifaqda analoqu olmayan Qrup Su Kəmərləri Sistemi qurulmuş, rayonun ucqar kəndlərinə təbii qaz xətti çəkilmiş, möhtəşəm Mədəniyyət sarayı, Rabitə evi tikilmiş, Surra kəndi ərazisində Kür çayı üzərində nəhəng körpü salınmış, 5 istehsal müəssisəsi, 31 orta məktəb, 5 xəstəxana və 12 mədəniyyət obyekti, inzibati binalar, çoxmərtəbəli yaşayış evləri inşa olunmuşdur.
Ümummilli liderimizin göstərişi ilə altı nəfərə Sosialist Əməyi Qəhrəmanı fəxri adı verilmişdir. 1970-1985-ci illərdə Sabirabad rayon Partiya Komitəsinin birinci katibi olmuş mərhum Məmməd Məmmədov, «Sovet Azərbaycanı» kolxozunun sədri, mərhum Çervon Azayeva, Jdanov adına kolxozun sədri, mərhum Gülabba Xəlilov, pambıqçılıq briqadirləri mərhum Zəminə Aslanova və Fatma Hüseynova, kolxozçu mərhum Həlimə Abdullayeva bu sıradadırlar.
Haşiyə: Bu yerdə bir neçə kəlmə həmin və ondan əvvəlki illərdə qəzetimizin fəaliiyyətindən bəhs etmək istəyirik.
1930-cu ilin avqustun 8-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarına əsasən Petropavlokaya rayon statusu veriləndə onun rəsmi mətbu orqanı “Pambıq cəbhəsində” qəzeti təsis edildi. Rayona Azərbaycanın mütəfəkkir şairi Mirzə Ələkbər Sabirin adı verildikdən sonra 1962-ci ildə Azərbaycan KP MK-nın qərarına əsasən rayonun “Muğan” qəzeti yaradıldı. Bu mətbu orqanın həyatında 1969-1982-ci illər mütərəqqi inkişaf dövrü olmuşdur. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan Ümummilli lider Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb, onların işi və qayğıları ilə yaxından maraqlanırdı. O illərdə pambıqçılıq rayonlarının zona müşavirələri Sabirabadda keçirilirdi. Respublika rəhbərinin rayonumuza səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər “Muğan” qəzetinin səhifələrində özünə yer alan qiymətli materiallardır və həmin illərin qəzet bağlamaları bu günədək qorunub saxlanılır. Həmin illərdə - taxıl yığımı mövsümündə qəzet gündəlik çıxır, tirajı 20 minə yüksəlmişdi. Ümummilli lider bütün tədbirlərində “Muğan”ın iştirak etməsi ilə şəxsən maraqlanırdı. Bu gün Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzinin əvəzsiz xəzinəsindəndir.
30 illik fəaliyyətindən sonra 1992-ci ildə “Mugan”ın adı dəyişdirilərək “Suqovuşan” adlandırıldı. Nəhayət ötən ilin oktyabrında qəzet kollektivinin və qəzetin tarixi adının geri qaytarmaq barədə əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq “Muganin səsi” yenidən həyata vəsiqə aldı.
***
Sovetlər İttifaqı dağıldıqdan sonra digər müttəfiq respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Lakin qrup maraqları, şəxsi ambisiyalar ölkəni parçalanmaq həddinə gətirib çıxardı. Belə bir vəziyyətdə qonşu Ermənistan ərazi bütövlüyümüzə təcavüz etdi. 90-cı illərin əvvəllərində ölkəmizin Ermənistanla elan olunmamış müharibəyə cəlb olunması ərazimizin 20 fazinin düşmən tərəfindən işğal olunması ilə nəticələndi. Bir milyondan artıq soydaşımız öz Vətənində köçkünə çevrildi. 20 min nəfəridən çox məcburi köçkün Sabirabadda məskunlaşdı. Həmin illərdə Sabirabadın igid oğlanları Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüş­dülər. Onlardan ikisi- Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanı kimi (ölümlərindən sonra) şərəfli ada layiq görüldülər. 222 nəfər sabirabadlı Vətənimiz, torpağımız uğrunda canlarını verdilər, 132 nəfər əlil oldu.
Ulu öndərimizin xalqımızın təkidli xahişi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövlətimizə nicat, xalqımıza qurtuluş gətirdi. Xalqımızın dahi oğlu düşmənlə atəşkəs elan etdi, ölkədə əmin-amanlıq yaratdı. Onun təşəbbüsü ilə keçmiş İttifaq respublikaları arasında ilk olaraq aqrar islahatı keçirdi. Sabirabad rayonu da yenidən dirçəliş yoluna qədəm qoydu. İslahat nəticəsində 146935 hektar ərazinin 31543 hektarı dövlətin mülkiyyətində saxlanılmış, 58868 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş, 55524 hektar ərazi isə xüsusi mülkiyyət hüququnda torpaq payı alan 102583 nəfər, yaxud 23763 ailə arasında bölüşdürülmüşdür. Mövcud içtimai təsərrüfat sistemi ləğv edilmiş, onların istifadəsində olmuş 201 milyard manatlıq əmlak, pay almaq hüququ olan 27 min nəfər şəxsə verilmişdir. Aparılmış əsaslı aqrar islahatlar torpaqdan üz çevirmiş sadə kəndlini torpağa qaytarmış, öz əmlakının və torpağın sahibi etmişdir. Bu proses kəndli-torpaq münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyev 1998-ci ildə-müstəqillik dövründə növbəti dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qa­lağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: «Mən hər dəfə Sabirabada gələndə bu diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib».
1999-ci il dekabrın 16-da ölkə Prezidenti Heydər Əliyev Nizami Gəncəvi adına Sabirabad şəhər 5 saylı orta məktəbin 20 illik yubileyi münasibətilə təbrik məktubu göndərdi. Ulu öndər məktubunu «Sabirabadlılara hər işdə böyük uğurlar, xoşbəxtlik və səadət arzulayıram» sözləri ilə tamamlayırdı.
Sabirabadlıların Ulu öndərlə bağlı xoş xatirələri kifayət qədər çox və mənalıdır.
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter