• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib

  • 29.12.2021, 17:48, Baxış sayı:
  • 300
YAP Sabirabad rayon təşkilatı Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin davamlı inkişaf modelinin müəllifi” adlı elmi- praktiki konfrans keçirmişdir.
Tədbirdə YAP Sabirabad rayon təşkilatının fəalları iştrak etmişlər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra YAP Sabirabad rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Məleykə Ağayeva tədbirdə giriş nitqi ilə çıxış edərək bildirmişdir ki, cənab İlham Əliyevin prezident seçildiyi ilk gündən bu günə qədərki bütün fəaliyyəti dünya siyasətçiləri üçün örnəkdir: "İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə Prezident seçilərkən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağına söz verdi və bu günə qədər də sözünə əməl edir. İlham Əliyevin 18 ili Azərbaycan tarixinin unudulmaz səhifələridir. 2003-cü ildən sonra ölkə iqtisadiyyatı inkişaf edib, Azərbaycan beynəlxalq aləmdə tanınmağa başlayıb, ordu güclənib, insanların həyat şəraiti yaxşılaşıb və nəhayət ən əsası isə 30 illik Qarabağ həsrətinə son qoyulub".
Daha sonra Sabirabad RİH başcısının birinci müavini Həsən Həsənov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, YAP Sabirabad rayon təşkilatının könüllüsü Xanım İbrahimzadə və başqaları çıxış edərək bildirmişlər ki, cənab Prezident İlham Əliyev 18 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşdırılıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.
Konfransda Prezident İlham Əliyevin 18 illik fəaliyyətini əks etdirən qısametrajlı videoçarx iştrakçılara təqdim olunmuşdur.
YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib
YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib
YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib
YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib
YAP Sabirabad rayon təşkilatı elmi-praktiki konfrans keçirib
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter