• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi praktiki konfrans keçirilib

  • 19.11.2021, 19:13, Baxış sayı:
  • 430
“Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi praktiki konfrans keçirilib
“Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi praktiki konfrans keçirilib

YAP Sabirabad rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümünə həsr olunmuş “Tarixi Qələbə və Zəfərlər Partiyası” mövzusunda elmi praktiki konfrans keçrilib.
Konfransda RİH-nin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva, idarə müəssisə və təşkilat rəhbərləri, partiya fəalları iştirak ediblər.
Əvvəlcə konfrans iştrakçıları ümumilli lider Heydər Əliyevin rayonun mərkəzi meydanında yerləşən abidəsini ziyarət edərək gül dəstələri düzüblər.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycan xalqının Ümumimilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canında keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.
YAP Sabirabad rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Məleykə Ağayeva çıxış edərək 29 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. O qeyd edib ki, 21 noyabr 1992-ci il tarixi ictimai-siyasi fikir, yeni, müasir dövlətçilik tariximizin ən əlamətdar və unudulmaz günlərindən biri kimi milli təqvimimizdə daim yaşayacaq. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür. Bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Heç şübhəsiz ki, bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə bütün uğurların, o cümlədən insan azadlığının, hüquqi dövlət quruculuğunun və düşmənlə döyüşdə qazanılan böyük tarixi Qələbənin, iqtisadi-sosial nailiyyətlərin birbaşa səbəbkarı olan ulu öndərimiz Heydər Əliyevin və onun layiqli və ləyaqətli davamçısı, görkəmli dövlət xadimi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məhz Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası da ölkəmizin dünya miqyasında tutduğu mövqeyə paralel olaraq gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını könüllü olaraq genişləndirərək inkişaf edir, milli dövlətçiliyimizin inkişafı naminə möhkəmlənir.
Daha sonra Sabirabad RİH başçısı çıxış edərək bildirdiki, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın 29 il ərzində keçdiyi yol Yeni Azərbaycan Partiyasının şərəf tarixi, şərəf salnaməsidir. Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
Digər çıxış edən natiqlər, partiyanın yaranma tarixi, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əldə edilən uğurlardan danışıblar.
Daha sonra partiya sıralarına daxil olmuş bir neçə gəncə və Vətən müharibəsi iştrakçılarına partiya vəsiqələri təqdim edilib.
Sonda iştrakçılara YAP Sabirabad rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının 29-cu ildönümü ilə bağlı hazırlanmış videorolik təqdim olunub.
YAP Sabirabad rayon təşkilatı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter