• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Bu gün Mehriban Əliyevanın Ad Günüdür - Tarix yazan xanım

  • 26.08.2021, 07:45, Baxış sayı:
  • 387
Bu gün Mehriban Əliyevanın Ad Günüdür - Tarix yazan xanımAzərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya



Çox hörmətli Mehriban xanım !
Sizi Doğum Gününüz münasibətilə təbrik etməkdən məmnunluq duyuruq.
Möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasət Sizin fəaliyyətinizlə üzvü sintez təşkil edir. Müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətiniz, qayğıya ehtiyacı olan insanlara diqqətiniz, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsil, səhiyyə və mədəniyyət, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması sahəsində gördüyünüz işlər, həyata keçirdiyiniz geniş ictimai və xeyriyyəçilik fəaliyyətiniz, səmimiliyiniz, sadəliyiniz, əhalinin qayğılarına həssas münasibətiniz Sizə insanların, o cümlədən sabirabadlıların dərin inamını, hörmət və məhəbbətini qazandırıb. Ölkəmizin dinamik inkişafına verdiyiniz mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinizə, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinizə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinizə görə nəinki ölkəmizin, eləcə də müxtəlif dövlət və beynəlxalq təkilatların ən yüksək mükafat və fəxri adlarlarına layiq görülmüsünüz. Əminliklə deyə bilərik ki, Sizin ən böyük mükafatınız əsl xalq məhəbbətidir. Siz xalqa xidməti həyat amalına çevirərək insanpərvərlik və humanizm ruhunda köklənmiş fəaliyyətinizi insanların mənəvi yüksəlişinə və ucalığına həsr etmisiniz.
Hər zaman olduğu kimi bu gün də Siz cənab Prezidentlə birgə Azərbaycanın qürurverici yeni tarixinə öz zəngin imzanızı atmaqdasınız. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Ali Baş Komandan və Onun Müzəffər Ordusunun məğrur dayandığı işğaldan azad edilmiş torpaqlarımıza baş çəkir, davamlı səfərlər zamanı aparılan bərpa və quruculuq işləri ilə birbaşa tanış olur, mühüm obyektlərin təməlini atır, tarixi torpaqlarımızın dirçəldilməsində, mədəniyyət paytaxtımız olan Şuşanın tarixi simasının özünə qaytarılmasında böyük həssaslıq və fədakarlığınızı əsirgəmirsiniz. Sizin rəhbərliyinizlə Heydər Əliyev Fondu Qarabağda, Şuşada keçmiş ənənələri bərpa edir, 30 ilə yaxın vəhşi və qəddar ermənilərin əsarətində qalan tarixi abidələrimizi, mədəni, memarlıq nümunələrimizi və müqəddəs dini ocaqlarımızı bərpa edir.
Bu gün əminliklə deyirik ki, Siz bu şərəfli və məsuliyyətli vəzifədə Möhtərəm Prezidentimizin silahdaşı kimi yeni-yeni uğurlara və nailiyyətlərə imza atırsiniz. Artıq uzun illərdir ki, xalqımız Möhtərəm Prezidentlə Sizi bir ailənin mənsublarından daha çox məhz bir dövlətçilik ideyasının, ideoloji kursun vəhdətini təmin edən şəxslər kimi qəbul edir. Sizinlə qürur duyur, xalqımızın ən qüdrətli şəxsiyyətləri, ən böyük xeyirxahları, ən doğmaları kimi sevirlər.

Sizi bir daha AD Gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə can sağlığı, ailə səadəti, xoşbəxtlik arzulayırıq.


Dərin hörmətlə,

Fatma Hüseynova,
Sabirabad rayonu, Qaratəpə Bələdiyyəsinin sədri,
Sosialist Əməyi Qəhrəmanı, I dərəcəli
“Əmək” ordenli, Prezident təqaüdcüsü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter