• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mehriban xanım Əliyeva əsl Azərbaycan xanımı obrazını özündə canlandırır

  • 24.08.2021, 19:03, Baxış sayı:
  • 461
Mehriban xanım Əliyeva əsl Azərbaycan xanımı obrazını özündə canlandırır
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş uzaqgörən və müdrik siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi həyatında, beynəlxalq əlaqələr sistemində, sosial-iqtisadi və digər sahələrdə mühüm uğurların əldə edilməsinə səbəb olmaqdadır. Bu uğurlarda Cənab Prezidentin İlham Əliyevin layiqli həyat yoldaşı, ən yaxın silahdaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyavanın əvəzolunmaz xidmətləri vardır. Mehriban xanım böyük ictimai-siyasi dövlət xadimi kimi zəngin və çoxşaxəli fəaliyyəti ilə dövlətimizin inkişafında misilsiz rol oynamaqdadır. O, Azərbaycanın inkişaf quruculuğunda zəngin töhfələrinizlə bərabər, həm də ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsində fəal iştirak edir, vətəndaşlarımızın xoşbəxt gələcəyi naminə Cənab İlham Əliyev ilə çiyin-çiyinə çalışır.
Azərbaycanın Birinci xanımı, ilk növbədə, milli maraqların keşiyində duran xadimdır. Məhz Onun birbaşa təşəbbüsü ilə ənənəvi milli musiqinin, ədəbiyyat və poeziyanın inkişafı ilə bağlı olduqca mühüm proqramlar həyata keçirilir. Azərbaycan muğam sənətinin dünyada tanınması istiqamətində də böyük işlər görülüb. O, Azərbaycan mədəniyyəti, elmi və incəsənətinin bütün sahələrinə qayğı göstərir.
Cəmiyyət Mehriban xanım Əliyevanı humanist, xeyriyyəçi, nüfuzlu ictimai-siyasi xadim kimi tanıyır. Mehriban xanım ilk növbədə, böyük humanist şəxsiyyətdir. Heç də təsadüfi deyildir ki, Mehriban xanım 4 dəfə – 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edib. Bu, Mehriban xanımın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığının təsdiqidir.
Mehriban xanım Əliyevanın humanizmi Azərbaycandan kənarda, dünyanın hüdudsuz bölgələrində gerçəkləşdirilir, bəşər sivilizasiyasının tərəqqisinə xidmət edir. Onun rəhbəri olduğu Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətdə, Şərq və Qərb cəmiyyətində xeyirxahlıq və humanizmin simvolu kimi qiymətləndirilir. Onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli-mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir. İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan uşaqlara, təhsilə diqqət və s. Mehriban Əliyevanın humanizm prinsiplərindən qaynaqlanır. Fondun Avropa, Asiya, Afrika, Yaxın Şərq regionlarında elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır.
Mehriban Əliyeva nəcib və xeyirxah insan kimi genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb. Azərbaycanda xeyriyyəçilik və mesenatlıq ideyalarının bərqərar edilməsinə, Azərbaycan xalqının şifahi ədəbi və musiqi irsinin qorunub saxlanmasına və inkişafına, yetim uşaqlara, qaçqınlara, xəstələrə yardım üzrə genişmiqyaslı aksiyalara yönəldilmiş fəaliyyəti dünya miqyasında böyük əks-səda doğurmuşdur.
Azərbaycanın Birinci xanımı Avropada Olimpiya hərəkatına verdiyi töhfəyə görə də, yüksək mükafatla təltif olunub. 2016-cı il yanvarın 21-də Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Ordeni ilə təltif edilmişdir.
2009-cu ildə “Heydər Əliyev mükafatı”na, 2015-ci ildə “Heydər Əliyev” ordeninə layiq görülməsi də onun çoxşaxəli fəaliyyətinə verilən ali qiymətin ifadəsidir.
Mehriban xanım Əliyevanın bir çox dövlətlərin və beynəlxalq təşkilatların ali orden və mükafatlarına layiq görülməsi bir daha sübut edir ki, Azərbaycanın Birinci xanımının ictimai, mesenatlıq fəaliyyəti, təhsil və mədəniyyət sahələrinin inkişafına verdiyi əvəzsiz töhfələr təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də sonsuz hörmət və ehtiram qazanmışdır. Azərbaycan Prezidentinin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına böyük töhfələr verməklə, həmçinin yaxın və uzaq ölkələrin birinci xanımları ilə şəxsi münasibətlər, dostluq əlaqələri yaratmaqla beynəlxalq aləmdə ölkəmiz barədə daha geniş, yüksək və yeni təsəvvürün yaranmasına yol açmışdır.
Mehriban Əliyevanın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də Onun Ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması ilə sıx bağlıdır. Məhz Heydər Əliyev ailəsi Onun üçün məktəb olmuş və Cənab Prezidentlə birgə bu möhtəşəm siyasi xəttin inkişaf etməsinə dərin töhfələr verməkdədir. Belə bir güclü bir şəxsiyyətin dövlət idarəetmə sistemində vacib bir vəzifəyə sahib olması dövlət və hakimiyyət sistemində əsaslı keyfiyyət dəyişikliklərinin yaranmasına, yeni idarəetmə motivasiyalarının qurulmasına, hakimiyyətlə vətəndaş arasında münasibətlərin müasir trendlər əsasında formalaşmasına dərin zəmin yaradıbdır. Bu yenilikçi və kreativ sanballı idareətmə formulu hakimiyyətlə xalq arasında möhkəm etimad yaradır, dövlət və cəmiyyətdə vətəndaş həmrəyliyini, harmoniyanın bərqərar olmasını daha da möhkəmləndirir.
Biricni vitse-prezident kimi Mehriban xanımın dövlət aparatının daha səmərəli işləməsində, qərarların daha yaxşı icra olunmasında böyük xidməti var. Onun bu fəaliyyəti dövlət aparatının nüfuzunu artırır, yüksək idarəetməni təmin edir və hakimiyyətin ictimai dayaqlarının daha möhkəm olmasına xidmət edir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir.

Kərim Kərimov,
E.Nadirov adına 8 saylı Sabirabad şəhər
tam orta məktəbinin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter