• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabiq millət vəkili, ”Əməkdar mühəndis”, ”Şöhrət” ordenli, Mirzəcan Xəlilov doğulduğu Sabirabad rayonunun Kovlar kəndində Prezident İlham Əliyevə səs verdi

  • 08.02.2024, 11:30, Baxış sayı:
  • 254
Sabiq millət vəkili, ”Əməkdar mühəndis”, ”Şöhrət” ordenli, Mirzəcan Xəlilov doğulduğu Sabirabad rayonunun Kovlar kəndində Prezident İlham Əliyevə səs verdi

Sabiq millət vəkili, ”Əməkdar mühəndis”, ”Şöhrət” ordenli çox hörmətli Mirzəcan Xəlilovun öz doğma ata-baba yurdunda, Sabirabad rayonunun Kovlar kəndində səs verməyə gəlməsi kənd camaatında yüksək əhval-ruhiyyə yaratdı.
Bu gün xalqımız çox sevincli və qürurverici anlara şahidlik edir. 7 fevral 2024-cü il Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçki keçirilir. Xalq sərbəst, müstəqil suveren hüququndan istifadə edərək öz namizədini, prezidentini seçir. Ölkənin hər yerində səsvermə prosesi yüksək əhval-ruhiyyə ilə təşkil olunur, hər kəs namizədinə səs vermək üçün seçki məntəqələrinə tələsir.
Doğma Sabirabadımızda da seçki prosesi olduqca şəffaf qaydada təşkil olunub. Ən qürurverici hal da odur ki, bu gün ilk dəfə işğaldan azad olunmuş torpaqlarımızda da xalq öz namizədini seçir. 18 yaşı tamam olmuş gənclərdən tutmuş yaşlılara qədər hər kəs öz səsvermə hüququndan sərbəst şəkildə yararlanaraq bu ölkənin bir parçası olduğunu bəyan etməkdədir. İnsanlar seçki məntəqəsinə gəlməyi bir məcburiyyət yox, əksinə şadyanalıq, bayram əhval-ruhiyyəsində biruzə verirlər.
Təsadüfü deyil ki, vaxtilə Azərbaycan Respublikası Milli Məclisinin V çağırışında seçilmiş sabiq millət vəkili, hal-hazırda “Azərsutəchizattikinti” ASC-nin müşahidə şurasının sədri, Sumqayıt Ağsaqqallar Şurasının üzvü olan çox hörmətli Mirzəcan Xəlilovun da öz layiqli namizədini seçmək üçün məhz doğulub boya-başa çatdığı Sabirabad rayonunun Kovlar kəndinə üz tutması çox təqdirəlayiq hal kimi qarşılandı. 1997-ci ildən YAP-ın üzvü olan Mirzəcan Xəlilov Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı, Təbii Ehtiyatlar, Energetika və Ekiologiya Komitəsinin və İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü olmuşdur. Ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirzəcan Mirzəmməd oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Mirzəcan Xəlilov 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin Kovlar kəndində yerləşən 51 saylı seçki məntəqəsinə gələrək öz səsvermə hüququndan sərbəst şəkildə istifadə etmiş və bu nümunəvi davranışı ilə bir daha hər kəsə gözəl örnək olmuşdur. Kovlar kənd camaatı körpədən yaşlıya qədər hər kəs, onun keçmiş sinif yoldaşları. həmkəndliləri sabiq deputatı böyük şadyanalıqla qarşılamış, ona olan dərin hörmət və ehtiramlarını bir daha bəyan etmişlər. Hər gəlişində olduğu kimi bu dəfə də Mirzəcan Xəlilov kənd camaatı ilə yaxından maraqlanmış, seçki məntəqəsinə gələn secicilərin şərəfinə bayram süfrəsi təşkil etdirmiş, ölkəsinə, xalqına, millətinə dogma rayonuna, kəndinə olan tükənməz sevgi və ehtiramını bir daha gözlər önünə sərmişdir. Mirzəcan Xəlilovun istər millət vəkili olduğu dövrlərdə istərsə də ondan sonrakı vaxtlarda öz dogma rayonuna olan isti münasibəti, qayğıkeşliyi hər kəsə məlumdur. Dogma kənd camaatına qarışaraq öz layiqli namizədini məhz həmkəndliləri ilə çiyin-çiyinə verərək ata-baba yurduna üz tutması Mirzəcan Xəlilovun bu davranışı elinə obasına sadiqliyin bariz nümunəsidir. O öz gəlişi ilə yaxın kənd olan Yenikənd kənd camaatına da öz töhvəsini vermis oldu. Belə ki, çox hörmətli Mirzəcan Xəlilov Yenikənd kəndinə hədiyyə etdiyi, öz vəsaiti hesabına tikiləcək olan yeni Tibb məntəqəsinin də bünövrəsini qoymuş, və beləliklə saysız-hesabsız xeyirxah əməllərinə daha biri əlavə olunmuşdur. Azərbaycanımızın belə vətənpərvər, canayaxın, xalqına , millətinə sadiq, layiqli oğulları olduqca biz bir millət olaraq hələ dünyaya çox səs salacayıq. Doğma Azərbaycanımız əmin əllərdə hələ çox zəfərlərə imza atacaq.
Yaşasın Azərbaycan!
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter