• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nəqliyyat qiyməti aşağı salınsa, çoxlu turist qəbul edə bilərik

  • 10.08.2023, 16:33, Baxış sayı:
  • 569
Nəqliyyat qiyməti aşağı salınsa, çoxlu turist qəbul edə bilərik
Azərbaycanda adi turistin xaricidən gələrək ölkədə istirahət etməsi üçün nəqliyyata xərclədiyi pul, onun ümumi xərcinin 40 faizi, daxili turstin xərclədiyi pul isə 15 faiz edir. Əslində bu göstəricini normal saymaq olar. Yəni nəqliyyat xərci xaricidən gələn turistə 40 faiz olması normaldır. Amma biz nəzərə alsaq ki, hazırda ölkəyə giriş yalnız hava nəqliyyatı vasitəsi ilədir və digər vasitələr yoxdur, bu halda bu məqamla razılaşmaq çətindir. Hesab etsək ki, ölkədə lukostor xidmətini Buta airways edir, bu o deməkdir ki, digər uçuş xidməti mövcud olmadığından burda da sıxlıq yaranır. Nəticədə seçim imkanları azalır. Qonşu Gürcüstana baxanda isə, orada lukosterlərin sayı daha çoxdur və qiymətlər aşağıdır. Bu baxımdan turistlər bizim ölkəyə gəlməkdən imtina edirlər və ya maddi vəziyyəti yüksək olan tursitlər gəlir. Aparlan monitorinqlər onu göstərir ki, ölkəyə gələn turist ikinci dəfə Azərbaycana gəlmək istəmir və ya geri qayıdanlar nadir hallarda olur. Bu isə maddi vəziyyətlə əlaqədardır.
Dövlət Sərhəd Xidmətinin 2022-ci il üçün illlik hesabatına nəzər salsaq, ölkəyə gələnlərin istifadə etdiyi nəqliyyat vasitəsi və qalma müddəti aşağıdakı kimi qeyd olunub:
Nəqliyyat qiyməti aşağı salınsa, çoxlu turist qəbul edə bilərik
Hava nəqliyyatı - 65 faiz
Quru - 33 faiz
Su - 2 faiz
33 faiz - 22 sutkadan çox
23 faiz - 4-7 sutka
19 faiz - 1-3 sutka
13 faiz - 24 saatadək
10 faiz - 8-14 sutka
2 faiz - 15-21 sutka qalma müddətidir.
Bunlardanda 38 faiz istirahət, 38 faiz işgüzar, 5 faiz tranzit, 17 faiz qohum-dost ziyarəti, 1 faiz müalicə, 1 faiz isə digər məqsdəlrlə ölkəyə gəliblər. Qeyd olunanların nəqliyyat xərcinə baxaq.
Qətərdən gəllən turist xərc etdiyi 2202 manatın 1340 mnatın nəqliyyata xərc edir. Yəni təxmini 61 faizini nəqliyyata xərcləyir. Yalnız 39 faizini ölkədə xərcləyir. Omandan gələn turistdə bu faiz göstərcəsi 63 faizdir (2091 xərc edir, onunda 1325 nəqliyyata), BƏƏ gələn tursitdə bu göstərici təxmini 63 faizdir (2069 xərc edir, onunda 1296 nəqliyyat xərci).
Ən çox hava nəqliyyatı ilə daşınan turist iyul və avqust ayında olur. Demək bu aylarda hava nəqliyyatının qiymətinə salmaq olar. Bu halda gələn şəxslərin sayını artırmaq olar. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına əsasən "Elektron Viza" alanların əsas məqsədi turizmdir. 86 faiz elektron viza alan şəxslər ölkəyə turizm üçün gəlir. 7 faiz işgüzar, 3 faiz şəxsi, 3 faiz isə digər məqsədlər üçün ölkəyə gəlir.
Azərbaycan Hava Yolları QSC-nin 2022-ci il üçün hesabatına əsasən ən çox hava nəqliyyatından ölkəyə gəlmək istəyən şəxslər Türkiyə, Rusiya və BƏƏ-dir.

Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter