Pensiya artımının neçə faiz olacağı açıqlandı
- 06.02.2021, 08:47, Baxış sayı:
- 455
Facebook
Вконтакте
Одноклассники
Google+
“Həssas təbəqədən olanların maddi rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər görülür”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar və fərdi hesablardakı pensiya kapitallarının indeksləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında DSMF-nin direktoru Himalay Məmişov deyib.
Onun sözlərinə görə, dövlət başçısının sərəncamı ilə bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb:
“Sərəncama uyğun olaraq, əmək pensiyalarının indeksləşdirilməsi iki hissədən ibarət olmaqla aparılır. Birinci hissədə əmək pensiyalarının sığorta hissəsi 11,4 faiz həcmində artırılır. Vətəndaşlar fevralda pensiyalarını alarkən həm fevralın, həm də yanvarın artımını alacaq. Pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını əhatə edir.
Bu, pensiyaçıların 93 faizi deməkdir. Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin edilənlərdir”. /Muganinsesi.az/