Statistika Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2010-cu illə müqayisədə 716,5 min nəfər artaraq 5303,9 min nəfər olmuş, onların da 4988,2 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 315,7 min nəfərini isə işsiz əhali təşkil edir. 2021-ci ildə istehsal sahələrində (kənd təsərrüfatı və balıqçılıq, sənaye, tikinti) 2551,7 min nəfər və ya iqtisadiyyatda məşğul olanların ümumi sayının 51,2 faizi qədər işçi çalışmış, xidmət sahəsində isə məşğul olanların sayı 2436,5 min nəfər olmuşdur ki, bu da məşğul əhalinin 48,8 faizini təşkil etmişdir.
2021-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1709,1 min nəfəri və yaxud 34,3 faizi muzdla işləyənlərin payına düşmüşdür. Muzdla işləyənlərin əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
2010-2021-ci illər ərzində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2,2 dəfə artaraq 732,1 manat təşkil etmişdir.
MDB ölkələrində məşğul əhalinin sayının dəyişməsi əvvəlki ilə nisbətən 102,3 faizlə 2021-ci ildə Özbəkistanla Azərbaycan eyni yerdə qərarlaşıb və yalnız ilk pillədə Qırğızıstandan geri qalır. Ölkədə 2021-ci il üçün işsizliyin səviyyəsi digər MDB ölkələrinə nisbətən 6 faizlə Ermənistan, Özbəkistan, Ukraynanı ( 1) 2015-ci ildən Milli statistika idarələrinin rəsmi internet səhifəsindən əldə olunan məlumatlar) qabaqlayır.
Muzdla calışan işçilərin yaş qrupları və cins üzrə sayına nəzər yetirək. Ən çox say 30-34 yaş arasındadır. 2016-cu ilə nisəbətən rəqəmlər kişilər üzrə 146,4 min nəfərdən 2021-ci ildə 181,5 min nəfər qədər, qadınlar isə 92.4 min nəfərdən 106.3 min nəfərə kimi qalxıb. Ümumi yaş qrup üzrə cəmi 2016-cı il üzrə 1514,3 min nəfərdən 2021-ci ildə isə 1709,1 min nəfərə qədər artım görünür.
Məşğul əhalinin təhsil səviyyəsi üzrə bölgüsü, faizlə
Ali təhsil - 2015-ci ildə 16.3 faiz. 2021-ci ildə 16.9 faiz
Orta ixtisas təhsil - 10.6 faiz, 11,1 faiz
Peşə təhsil - 5.5 faiz, 5,6 faiz
Tam orta təhsil - 60.4 faiz, 59.7 faiz
Ümumi orta təhsil - 6.3 faiz , 6.0 faiz
İbtidai təhsil - 0.9 faiz , 0.7 faiz
Təhsil yoxdur - 0 faiz, 0 faiz
Müqayisələr göstərir ki, son 6 ildə yalnız ali, orta ixtisas və peşə təhsilində cüzvi artım var. Tam orta, ümumi orta, irtidai təhsildə isə geriləmə müşahidə olunur. Bu onu göstrir ki, hər kəs tam orta təshili, ümumi orta təhsilini və ibtidai təhsilini sona kimi başa vurmur.
2022-ci il yanvarın 1-i vəziyyətinə əmək qabiliyyətli yaşda olan iqtisadi fəal və iqtisadi qeyri-fəal əhalinin yaşayış yeri və cins üzrə bölgüsü (kişilər 15-64,5 yaşda, qadınlar 15-61,5 yaşda)Kişilər kəndlərdə məşğulluğun səviyyəsi 76.9 faiz, şəhərlərdə 67.7 faiz, qadınlar isə 72.3 faiz kəndlərdə, 64.7 şəhərlərdədir. İşsizliyin səviyyəsi kəndlərdə qadınlar üzrə 5.7 faiz şəhərlərdə 8.7 faiz, kişilərin kəndlərdə 3.8 faiz, şəhərlərdə 6.1 faizdir.
Demək ümumi olaraq kəndlərdə şəhərə nisbətən məşğulluq səviyyəsi yüksəkdir.
Müəssisə və təşkilatlarda işçilərin işdən çıxma səbəbləri (işdən çıxanların ümumi sayında, faizlə)
Öz xahişi ilə işdən çıxanlar
Cəmi fəaliyyət növləri üzrə 2015-ci ildə 73.8 faiz, 2021-ci ildə 77.6 faiz olmuşdur. Ən çox ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrindədir. Əgər 2015-ci ildə bu sahədə faiz göstəricisi 78.1 faiz idisə, 2021-ci ildə 90.7 faizdir. Digər qeydlərə əsasən işdən çıxarmada ən yüksək göstəricilərdən biri maliyyə və sığorta sahəsidir. 2015-ci ildə 79.1 fazi öz xahişi ilə işdən ayrılırdısa, 2021-ci ildə 71.6 faiz olub. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 2015-ci ildə 57.4 faiz öz xahişi ilə işdən ayrılırdısa, 2021-ci ildə bu rəqəm 48.1 faizə enib.
Əslində bu öz xahişi ilə işdən ayrılmanı müxtəlif səbəblərlə qeyd etmək olar. Elə hallar olur ki, işçiyə məcburi şəkildə tələb qoyulur ki, öz xahişinlə işdən ayrılma üçün ərizə yaz. Yəni daxildə şəffaflığın nə dərəcədə olduğunu rəqəmlərlə qeyd olunsa da, qərarın verilməsində şəffaflığın nə dərəcədə olduğu üçün araşdırma aparılmalıdır.
İqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə iqtisadi fəal əhalinin sayı (2021-ci ilin sonuna)
Ən şağı göstərici Dağlıq Şirvan (bura daxildir Ağsu, İsmayıllı, Qobustan, Şamaxı) iqtisadi rayonu üzrə 165 000, Ən yüksək Bakı üzrə 12915000 nəfərdi.
Görünən odur ki, Orada iş yerlərinin sayı çox olduğundan və yaşayış səviyyəsi yüksək olduğundan Bakıda yaşayıb işləmək istəyənlərin sayı çoxdur.
Əmək mübahisələri üzrə birinci instansiya məhkəmələrinin işi
işə bərpa etmək haqqında 2005-ci il üzrə 331 iş, 2021-ci il üzrə 411
əmək haqqı tələbi üzrə 2005-ci il üzrə 192 iş , 2021-ci il üzrə 185 iş
digər əmək mübahisələri 2005-ci il üzrə 267 iş , 2021-ci il üzrə 200 iş
Göründüyü kimi əsas artım işə bərpa etmək tələbi ilədir. Burada hüquqpozmalar yüksəkdir. Bunu statistik rəqəmlərdə göstərir. 80 işə baxılmıdşir.
İş tapa bilməyənlər
Şəhərdə kəndlərə nisbətən işsizlik səviyyəsinin aşağı olmasını mextəlif formada səciyyələndirmək olar. İş yerlərinin təcrübə və dil, cinsi ayrıseçkilik yaş məhdudiyyəti.
Azərbaycan Respublikasının Konstitusiyasının maddəsinə nəzər salaq.
Maddə 21. Dövlət dili
I. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.
II. Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir.
Maddədən də göründüyü kimi konstitusiya dillə bağlı məhdudiyyət müəyyən etmir. Kim istəsə digər dillərdə danışa bilər. Əlbətdə ki, burada birinci növbədə əsas dil Azərbaycan dili olmalıdır. Bəs iş yerləri niyə məcburi şəkildə kimisə işə götürəndə qeyd edillər ki, biz əsasən misal olaraq rus dilində bilənər lazımdır. Bu o halda ola bilər ki, həmin şirkət MDB ölkələri ilə iş görsün və MDB ölkələrin ortaq dili rus dili olduğu üçün mütləq şəkildə bu dili sərbəst bilən şəxslərə üstünlük verir. Əgər şirkət Latın Amerika ölkələri ilə iş görürsə orada ispan dili bilənlərə əsas üstünlük veriləcək. Dil bilmək şirkətin işçiləri üçün yaxşıdır ki, onlar çətinlik çəkmədən müştəri ilə ünsiyyət bağlayıllar. Amma bəzi işbazlar var ki, onlar sadəcə hədd kimi, bu qeydi edirlər ki, daha az adam iş üçün müraciət etsin.
Yaş məhdudiyyəti
Göründüyü kimi 30-34 yaşda daha çox məşğul əhalidir. Bu onunla əlaqədardırm ki, bu yaşa çatan şəs müəyyən təcrübə əldə edir və daha iş məhsuldarlığı olur. Bu baxımdan cinsindən fərqli olamayaraq yaş baxımdan işə götürənlər də əsasən buna üstünlük verir. İş axtarışında olanda bunu qeyd edirlər. Amma elə hallarda olur ki, işəgötürənin bu qeydi aldadıcı olur. Əslində müsahibə zamanı yaşdan əlavə başqa təkliflərdə edirlər. Bu təkliflər qeyri-etik təkliflərdə olduğunu sosial şəbəkələri araşdırdıqda kimlərinsə yazılarında bunu müşahidə etmək olur.
Təcrübə
Təcrübə tələbi bəzi yerlərdə haqlı saymaq olar. Heç kəs naşı insanı işə götürmək istəmir. Hazır kadırlar axtarılır ki, onlar bir başa iş prosesinə baş vurub, işi irəli aparsın. Bu baxımdan işə götürənləri də burada qınamaq yanlış olardı. Sual yarana bilər ki, təcrübə üçün hər hansı addım atmaq üçün nə etmək lazımdır? Əslində ölkədə pullu təcrübə proqramları mövcuddur. Pulsuz işləyib təcrübə qazanmaq və ya əksinə pul ödəyərək təcrübə qazanmaq. Burda da, bəzi işbazlar bundan istifadə edir. Xüsusi bacarıq tələb etməyən işlərdə iş təcrübəsi istənilir. Bu da yersiz bir tələbdir.
Konstitusiyanın maddəsinə nəzər yetirək.
Maddə 25. Bərabərlik hüququ
III. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
Maddədən görünür ki, cinsindən aslı olmayaraq hər kəs bərabər hüquqludur. İşə götürən şəxs CV qadın cinsi yazıb öz tələbini edəndə bu maddəyə də nəzər yetirməlidir. Əksinə də ola bilər. Hansı hallarda işəgötürən misal olaraq qadın cinsinə üstünlük verir? O halda ki, qoyulan tələbdə əməkhaqqı az olduğunda və ya iş daha çox qadına uyğun olduğunda bu addımı atırlar. Misal üçün çox zaman aşağı əməkhaqqına müraciət edən kişi cinsindən olanlar az olur. Adətən kişi ailənin yükünü daşıyan olur və daha çox əməkhaqqı olan yerlərə üstünlük verir. Peşə daha çox qadına uyğun olduğundan CV qadın cinsi qeyd olunur. Ola bilər digər tələblərdə olsun hansı ki, qanunla qadağandır.
Ümumiyyətlə ölkədə iş yerlərinin azlığı, əməkhaqqının az olduğu ilə bağlı müxtəlif fikirlər eşidilir. Bu çox zaman yerində düzgün fikirdir. Rayon, şəhər yerlərində sovet dövrünə baxanda zavod və fabriklərin azlığı, əməkhaqqının azlığı fəhlə sinifinə aid olan şəxsləri daha çox narahat edir və onlar kapitalist rejiminə uyğunlaşa bilmir. Nəticədə biz bu qeydləri tez-tez eşidirik. Hər halda problemləri inkar da etmək olmaz, bununla bağlı müştərək işlər görülməlidir.
Rauf QARAYEV, iqtisadçı