• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Niyə Azərbaycan vətəndaşı daha çox xaricdə istirahət etməyə üstünlük verir ?

  • 21.06.2023, 00:51, Baxış sayı:
  • 287
Niyə Azərbaycan vətəndaşı daha çox xaricdə istirahət etməyə üstünlük verir ?
Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən turagent və turoperatorlar tərəfindən 2020-ci ildə 2304 turist qəbul edilib, 5901 nəfər turis göndərilib. 2021-ci ildə isə 1848 nəfər turis qəbul edilib, 14476 turist göndərilib. Göründüyü kimi 2304 - 1848 = 456 nəfər azalma var. 14476 – 5901 = 8575 göndərilmədə artım var. Demək ölkədən kənara istirahətə gedənlərin sayı 2020-ci ildə 3597 nəfər, 2021-ci ildə 12628 nəfər üstələyir. Fərq 2020-ci ildə 2 dəfədən, 2021-ci ildə 7 dəfədən çoxdur. Səyahət müddəti, tür günü ilə rəqəmlərə baxaq 2020-ci ildə 5197 nəfər, 2021-ci ildə 5121 nəfər qəbul edilib, 2020-ci ildə 26707 nəfər, 2021-ci ildə 63225 nəfər turist göndərilib. 2020-ci ildə qəbulla müqayisədə 5 dəfədən çox ölkədən xaricə turist göndərilib, 2021-ci ildə isə 12 dəfədən çoxdur. Əsasən ən çox ölkəyə gələn turistlər Birləşmiş Ərəb Əmirliyindən, Rusiya və İsraildəndir. Ölkədən xaricə əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstandır. Turagent və turoperatorların vasitəçiliyi ilə Azərbaycan vətəndaşlarının səyahət etdiyi rayonlar (şəhərlər) üzrə səyahət müddəti 2020-ci ildə ölkə üzrə 293 tur günü olub. Onun 125 günü Qəbələ və Şəki, 58 günü Quba, Xaçmaz, 110 günü Bakı şəhəri olub. 2021-ci ildə isə 17585 tur günü olub. Bunlardan 901 gün Bakı, 56 gün Naxşıvan şəhəri, 8260 gün İsmayıllı, 2696 gün Şamaxı, 6 gün Gəncə, 1670 gün Naftalan, 4 gün Qazax, 4 gün Tovuz, 2450 gün Xaçmaz, 80 gün Quba, 4 gün Qusar, 8 gün Şabran, 28 gün Lənkəran, 50 gün Masallı, 660 gün Qəbələ, 110 gün Oğuz, 598 gün Şəki olub. 2020-ci ildə turagent və turoperatorlar ölkə daxilində iqtisadi rayonlar üzrə ümumi gələri 16147,30, 2021-ci ildə isə 22614,80 amant olub. Göründüyü kimi ümumi gəlir artıb, amma bu rəqəmi 2019-cu illə müqayisə etsək xeyli azalma var. 2019-cu ildə ümumi gəlir 63363,80 olub. Mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin iqtisadi rayonlar üzrə gəlirləri 2020-ci ildə 116798, 2021-ci ildə 209687,3 olub, 2019-cu ildə isə 450188.5 manat olub. Pandemiyadan əvvəl daha çox gəlir əldə edilib. Satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri paytaxtın payına düşür. 2020-ci ildə 4681,1 2021-ci ildə isə 5139,4 manat olub. Pandemiyadan əvvəl isə bu rəqəm 74673 manat olub. Xarici ölkələrə səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının iqtisadi rayonlar üzrə dəyəri ndə paytaxt ön sıradadır. 2020-ci ildə 3861,70, 2021-ci ildə isə 4557,90 manat olub. Ölkə daxilində bu göstərici aşağıdır. Qeydlərə əsasən ölkə xaricində səyahət etmək istəyənlərin sayı çoxdur. 2022-ci il və 2023-cü il üçün Statistika Komitəsi tərəfindən qeydlər olmadığından bu rəqəmlər burada göstərmək mümkün olmadı. Gürcüstan və Türkiyə ilə quru sərhədlər açılarsa yenidən əhali xaricdə istirahət etməyə üstünlük verəcəkmi? Hazırki vəziyyət, yuxarıda göstərilən rəqəmlər onu göstərir ki, bəli bu baş verəcək. Amma bununla yanaşı ölkəyə də tursit sayında artım ola bilər. Ümumi götürsək ölkə daxilində istirahət etmək baha olduğundan, insanlar digər ölkələrə getməyə üstünlük verirlər. Hətta bunu pandemiya vaxtı üçün rəqəmlərdə müşahidə etmək mümkündür.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter