Azərbaycanda bu sahədə işləyənlər 1 saata 28 manat alır
- 23.06.2023, 16:01, Baxış sayı:
- 336
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət statistikasının rəqəmlərinə baxsaq iqtisadi fəaliyyət növləri üzrə 1 saata düşən əməkhaqqı xərci müxtəlifdir. Son rəqəmlər 2021-ci ili əhatə edir. Rəqəmlər müxtəlifliyi ilə seçilir. Elə sahələr var ki, orada rəqəmlər azalır, eləsi var artır. Misal üçün təhsil sahəsinə nəzər yetirsək 2019-cu ildə 1 saata düşən məbləğ 3 manat 69 qəpik, 2020-ci ildə 5 manat 90 qəpik, 2021-ci ildə 4 manat 54 qəpik. Azalma müxtəlif səbəblərdən ola bilər. Rəqəmlər yalnız 2021-ci ilə kimi dövrü əhatə edir. 1 saata işləməyə görə ən çox məbləğ ödənilən sahə mədənçıxarma sənayesidir. 2019-cu ildə 24,55 manat, 2020-ci ildə 27,94 manat, 2021-ci ildə isə 27,04 manat olub. Ən az maaş alan sahə inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsidir. 2019-cu ildə 3.08, 2020-ci ildə 3.39, 2021-ci ildə 3.48 manat olub. Maraqlı haldır ki, dünyada müasir texnologiya sahəsi ön pillədə olsa da, ölkədə informasiya və rabitə sahəsində çalışanların 1 saatlıq işləmə xərcinə düşən rəqəm 2019-cu ildə 7,87 manat, 2020-ci ildə 8.56 manat, 2021-ci ildə 9.18 manat olub. Maliyyə və sığorta sahəsində çalışanların 1 saat əməyinə verilən qiymət 2019-cu ildə 12,59 manat, 2020-ci ildə 13.88 manat, 2021-ci ildə 15,81 manat təşkil edib və artmaqda da davam edir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi isə ən aşağı pillərdə qərarlaşıb. 2019-cu ildə 2.99 manat, 2020-ci ildə 3.51 manat, 2021-ci ildə 3.64 manat olub. Rəqəmlərə baxıb sahələrin hansı vəziyyətdə olduğunu müəyyən etmək olar. Baxmayaraq ki, elə sahələr var ki, orada insan bədəninə ziyan verən peşələr mövcuddur və bu baxımdan həmin sahələrdə ağırlıq dərəcəsinə əsasən əməkhaqqı yüksəkdir. Neft sahəsi burada qeyd edilməsə də, neftdə çalışan fəhlələrin mətbuatda son çıxışlarından məlum olur ki, onlar aylıq 450 manat maaş alır. Ağırlıq dərəcəsinə görə, bu rəqəm nə qədər doğrudur bununla bağlı hər hansı rəsmi sənəd və açıqlama yoxdur.
Rauf QARAYEV, iqtisadçı