Ölkədə satılan mobil telefonların qiyməti 3 manat 94 qəpik enib
- 08.07.2023, 15:53, Baxış sayı:
- 308
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dövlət Statistika Komitəsinin son açıqlamasın görə əgər ilin əvvəlində 1 ədəd mobil telefon orta hesabla 379.21 manat olubsa, may ayında bu qiymət 375.27 manat təklif olunur. Yəni 379.21-375.27 = 3 manat 94 qəpik enmə müşahidə olunur.
Mobil telefonlarda enmə nə ilə əlaqədar ola bilər?
Festive seasonFestive season - bayramlar mövsümü, adətən avqust ayından başlayır və ilin sonuna kimi davam edir. Bu mövsümlərdə marketoloqlar üçün istirahət günləri hesab olunur. Bu halda onlar fürsətdən istifadə edib müxtəlif formada endirimlər üçün kampaniyalar haqqında düşünürlər. Köhnə mobil telefonlardan , anbarda yığılıb qalan telefonlardan uzaqlaşmaq üçün bu mövsümü bir fürsət kimi dəyərləndirilir.
Yeni telefonların çıxması
Mobil telefon fiziki cəhətdən yox, mənəvi cəhətdən köhnələnlər əşyalara aiddir. Ola bilər bir telefonu alıb 5-10 il işlədə bilərsiniz. Amma mənəvi cəhəddən o 1 ildən sonra köhnəlmiş olur. Yəni artıq 1 modeldən sonra yeni model mobil tlefon satışa çıxırsa əvvəlki modelin qiymətində enmə müşahidə olunur. belə telefonlar adətən ilin əvvəlində satışa çıxarılır bu baxımdan da, enmələr köhnə modeldə qaçılmaz olur.
VergiEnmələrdə vergi güzəştləri edilmir. Əksinə vergi və gömrük baxımdan faizlər stabildir. Amma bunun əsasını ilkin qiymət formalaşdırdığından mobil telefonun satışı ilə məşğul olan şəxs gərək onu daha ucuz alıb gətirsin ki, burada fərq çoxda hiss olunmasın. Nəzərə alsaq ki, bu sahədə monopoliya mövcuddur, hər kəs mobil telefon gətirib satış edə bilmir. Bunun üçün həmin şəxs vergi uçotuna durmalıdır. Adi vətəndaş mobil telefon gətirdikdə bunun üçün hədlər movcuddur. Gömrük, qeydiyyata salınma və sair.
Rauf QARAYEV. iqtisadçı