• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Mənzillə bağlı geri qaytarılan ƏDV-nin məbləği konkretləşir - İZAH

  • 11.11.2021, 21:39, Baxış sayı:
  • 576
Mənzillə bağlı geri qaytarılan ƏDV-nin məbləği konkretləşir - İZAH

2022-ci ildə üçün Vergi Məcəlləsində dəyişiklikdən biri eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini alınması zamanı geri ödənilən ƏDV-nin məbləği ilə bağlıdır. Hazırki maddəyə nəzər yetirək.

Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulma
Hazırkı Məcəllə
“165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.”;

Misal - 1: A şəxs "L" MTK-n nağdsız qaydada, (plastik kartla və "L" MTK-nın hesabına bankdan pul köçürməklə) mənzil və qaraj alır.
Bunun üçün "L" MTK-ya ümumilikdə 500 000 (ƏDV ilə birlikdə) manat vəsait ödəyir. Burada 500 000 manatın ƏDV məbləği 76 271 manat 19 qəpik edir. 76 271,19 × 30% = 22 881 manat 36 qəpik manat üçün A şəxs təstiq edici sənəd təqdim etdikdə, vergi orqanı tərəfīndən onun plastik kartına 22 881 manat 36 qəpik vəsait köçürüləcək. Mənzil və qaraj A şəxsə 500 000 – 22 881,36 = 477 118 manat 64 qəpīyə başa gələcək.

Əlavə olunacaq cümlə

165.6-cı maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.”

Misal - 2: A şəxs 168 saylı binadan 28 nömrəli 600 kv/m (1 kv/ 1000 manat) mənzil və 700 kv/m (1 kv/m 500 manat) qeyri yaşayış sahəsi (misal qaraj alır). Hər iki yəni mənzil və qaraj 500 kvadratmetr hissəsi Misal -1 aiddir. (bax misal -1-ə). Mənzilin 100 kv/m (100 000 manat məbləğə), qarajın 200 kv/m ( 100 000 manat) ƏDV yəni 18 faiz vergi tətbiq ediləcək.

Rauf QARAYEV, iqtisadçı-ekspert
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter