• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

SUAL - CAVAB

  • 08.02.2023, 14:01, Baxış sayı:
  • 364
SUAL - CAVAB
Ölkəyə gətirilən bir ədəd telefon üçün rüsum ödənilirmi?

Ölkəyə mobil telefon gətirdikdə, yəni xaricdən mobil telefon almısınızsa və dəyəri 800 ABŞ dollarından aşağıdırsa bu halda yeni qaydalara görə onu Gömrük Komitəsinə bəyan etməlisiniz yəni bəyyanamə verməlisiniz. Etmədikdə Rabitə və İnformasiya Nazirliyinin portalından İMEİ kodunu qeydiyyatdan keçirə bil­məyəcəksiniz.
Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarını keçdikdə qalan hissəsi rüsuma cəlb olunur.
Telefonun qiyməti 800 ABŞ dollarından yuxarı qiyməti olarsa Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən bu halda artıq ondan gömrük rüsumu tutulacaq.
Hesab edək ki, ölkəyə turist gəlir və mobil telefon gətirir o əvvəlcədən gətirdiyi telefonu gömrükdə bəyan etməlidirmi?
Xeyir. Bu müvəqqəti xarakter daşıyır. Əgər turist onun qeydiyyatdan keçirəcəksə o halda bəli. Bəyan etməlidir.

Gömrük orqanları malların daşınmasında və ölkəyə çatdırılmasına cavabdehdirmi?

Gömrük orqanları malların daşınmasında və ölkəyə çatdırılmasına cavabdeh deyil. Əgər malların açılması zərurəti yaranarsa bu zaman daşıyıcı şirkətin nümayəndəsi tərəfindən açılır və mala baxış keçirilir. Birbaşa gömrük orqanının əməkdaşı tərəfindən malların açılması həyata keçirilmir.
Əgər xaricidən misal olaraq telefon göndərilir və həmin telefon paketdən oğurlanırsa bu daşıyıcı şirkət ilə əlaqə saxlayıb bu haqda məlumat almaq lazımdır.

Sərhədlərin açılmasına kim qərar verir?

Ölkənin quru sərhədləri sərnişinlər və minik nəqliyyat vasitələri üçün bağlıdır. Sərhədlərin açılmasına dair qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.

Adına ev olana sosial yardım düşürmü?

Düşür, sadəcə ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

Adına torpaq olan sosial yardım ala bilərmi?

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə vergi orqanına müraciət edir. Daha sonra sığortaedənin uçot nömrəsinin (SUN) əldə olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə müraciət etməlidir. SUN əldə edərək ünvanlı yardım üçün müraciət edə bilər.

8 yaşına çatmamış uşağa qulluq edən şəxsə sosial yardım düşürmü?

Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə (I dərəcə), 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluq edən, həmçinin 23 yaşadək əyani təhsil alan ailə üzvünün işləməsi tələb olunmur.

63 yaşı bu ilin 10 iyul tarixində tamam olan qadın pensiyaya nə zaman çıxmalıdır?

Sözügedən şəxsin 63 yaş 6 ayı (2024-cü ilin yanvarı) tamam olduğu gün pensiya hüququ 2024-cü ildə yaranacaq.

Yaşa görə pensiya və müavinətin fərqi nədir?

Yaşa görə pensiya şəxs pensiya yaşına çatdıqda aşağıdakı hallardan azı biri olduqda təyin olunur:
- minimum 25 il staj
- Pensiya təyinatına əsas verən pensiya kapitalı
- 01.01.2006-cı ildən 01.07.2018-ci ildək dövrdə fərdi hesabında məbləğindən asılı olmayaraq pensiya kapitalı

Yaşa görə müavinət şəxs pensiya yaşına çatdıqda aşağıdakı halda təyin olunur:
- Pensiya hüququ yaranmadıqda və işləmədikdə.

Hazırladı: Rauf ELYASOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter