• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Nağdsız ödəniş haqqında qanunda dəyişikliyi Milli Məclis 1-ci oxunuşda qəbul edib. İZAH

  • 16.11.2021, 14:18, Baxış sayı:
  • 749
Nağdsız ödəniş haqqında qanunda dəyişikliyi Milli Məclis 1-ci oxunuşda qəbul edib. İZAH
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053; 2017, № 7, maddə 1288; 2019, № 1, maddə 28; 2020, № 5, maddə 527, № 11, maddə 1333) 3.4.9-cu maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4.10 – 3.4.14-cü maddələr əlavə edilsin:

“3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
Misal: A şəxs "X" avtomobil salonundan avtomobil alır. Onun ödənişini yuxarıda qeyd olunan maddəyə əsasən nağdsız şəkildə etməlidir (bank hesabından vəsaiti "X" avtomobil salonunun hesabına və ya bank kartı vasitəsi ilə ödəməlidir).

3.4.11. pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər;
Misal: A şəxs 3000 manatlı "X" telefon mağazasından mobil telefon alır. Onun 2000 manatını nağd şəkildə ödəyə bilər. 1000 manat hissəsini nağdsız şəkildə ödəməlidir.

3.4.12. mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər;
Misal: A şəxs "X" mebel salonundan 20000 manatlıq 1 dəst mebel alır. 10 000 manatını nağd şəkildə ödəyə bilər. Digər 10 000 manat hissəsini nağdsız şəkildə ödəməlidir.

3.4.13. tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər;
Misal: A şəxs "X" hospitalda 2000 manatlıq əməliyyat olunur. 500 manatını nağd şəkildə ödəyə bilər. Digər 1500 manat hissəsini nağdsız şəkildə ödəməlidir.

3.4.14. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).”.
Misal: A şəxs "X" lotoreya vasitəsi ilə 5300 manatlıq uduş əldə edib. Oyunu təşkil edən lotoreya şirkəti 3000 manatını nağd şəkildə ödəyə bilər. 2300 manat hissəsini nağdsız şəkildə ödəməlidir.
Qanunun qüvvəyə minməsi 2022-ci il yanvarın 1-dən qeyd olunub.

Rauf Qarayev, iqtisadçı-ekspert.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter