• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İqtisadi sahəni təmsil edən dövlət orqanları, iqtisadçılarla işləməyə maraqlıdırmı?

  • 17.06.2023, 20:03, Baxış sayı:
  • 305
İqtisadi sahəni təmsil edən dövlət orqanları, iqtisadçılarla işləməyə maraqlıdırmı?
İqtisadi sahəni təmsil edən dövlət orqanları, iqtisadçılarla işləməyə maraqlıdırmı?

Mövzunu yuxarda qeyd olunan sual ətrafında təhlil etməyə çalışacam. Vəziyyət nə yerdədir. Birinci məsələdə dünya təcrübəsinə nəzər yetirsək və inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alsaq orada vəziyyət aşağıdakı kimidir.
Hansısa bir məsələ haqqında dəyişiklik olursa, birinci onu kütlə içinə çıxardıllar. Ölkədə bu baxımdan qeyd var. Mövzu mətbuata çıxır və sosial şəbəkədə olan istifadəçilərin münasibəti öyrənilir. İkinci məqam sorğuların aparılması. Sorğular aparılması. Bu baxımdan da, ölkədə müəyyən orqanlar var ki, sosial şəbəkə istifadəçilərin üzərindən sorğular aparılır, xəbər saytları öz səhifələrində soruğu yerləşdirir və cavablar qeyd edir, digər məqam TV-lər onlarda sosial şəbəkə üzərindən suallar yerləşdirib vətəndaşların, abunəçilərin rəyini öyrənirlər. Mövzu haqqında məlumat öyrənilir, amma ümumi olaraq bu bir yerə toplanırmı? Burada rəylərin hamısı nəzərə alınırmı? Tək bir qurumun rəyi nəzərə alınır yoxsa bütün qeydlərin monitorinqi keçirilir və keçirilikdə bu nədərəcə şəfaffdırmı sualına yekdilliklə bəli cavab vermək olurmu? Burada artıq mövqelər parçalanır. Bəzən bir tərəf digər tərəfin apardığı sorğuya şübhə ilə yanaşır. Burda hətta sorğununu küçə və parklarda aparanda insanlar psixoloji baxımdan öz mövqelərində yanlışlığa belə yol verə bilərlər. Bu məqamların tam çözülməsi üçün, nə düzdür nə səhv digər addım atılmalıdır. İqtisadi institutlar və onların rəyi. Təəssüf olsun ki, xaricidə iqtisadi məsələlərlə bağlı institutlar var və onların rəyi nəzərə alınır. Amma bizdə bu institut olsada fəaliyyəti iflic dərəcəsindədir. Buna alternativ olaraq, əhali və media ilə iş görən iqtisadçıların rəyi dinlənilir. Jurnalistlər iqtisadi vəziyyətlə iqtisadçı-ekspert, iqtisadçılara üz tuturlar. Onların mövqelərində də müxtəliflik var. Bir iqtisadçı mövzunu informasiya azlığından daha səthi, digər iqtisadçı daha dolğun şərh edir. Bu xaçalanmanın olması təbiidir. Çünki dünyada vəziyyət elədir ki, iqtisadçı öz mövqeyin reallığa uyğun qoyması üçün bir çox sahələr üzrə araşdırmalar aparmalıdır. Siyasətçi olmayaraq, siyasi məsələləri təhlil etməlidir və yekun qərar çıxarıb onun iqtisadçı məsələ ilə emal etməlidir. Vətəndaşların mövqelərinə baxmalıdır, digər xarici amilləri nəzərə alıb yekun rəy bildirməlidir. Bundan əlavə ən böyük çətinlik isə daxildə olan iqtisadi sahə üzrə dövlət orqanlarındadır. Burada çətinlik nədir?
Birinci hal informasiyanın bölüşməməsində. İqtisadçı çıxıb vergi orqanı ilə bağlı müsahibə verir. Amma onda daxildə olan prosesin axarını bilmədiyi üçün iqtisadçı yalnız öz mövqeyindən çıxış edir. Orqanın mövqeyi qalır kənarda. Nəticədə orqan iqtisadçını birtərəfli yanaşmada ittiham edir. Halbu ki, sorğulara gec cavab verilir və ya ümumiyyətlə sorğular cavablandırılmır. Bu hal orqanın reputasiyasının aşağa düşməsinə də səbəb olur. Çünki bir iqtisadçının mövqeyini bir çox mətbu orqanları nəşr edir. Nəticədə həmin mətbu orqanlara istinad edən xarici mətbu orqanları var. Nəticə etibarı ilə zərəri tək orqan çəkmir, burada ölkənin reputasiyası da korlana bilər. Tək bir mövqe ilə. Təsəvvür edək ölkədə nə qədər iqtisadçılar var ki, media ilə işləyir. İstər müxalif düşərgədə olsun, istər iqtidar.
İkinci hal iqtisadçıların mövqelərinə ciddi yanaşmamaq, orqanın özünü daha ağıllı hesab etməsi. Bəzən elə olur ki, hər hansı bir iqtisadçıya aşağı dərəcəli mütəxəssis kimi baxılır. Həmin iqtisadçını orqan ciddi qəbul etmir. Nəticədə bu etinasızlıq, xəstəliyi ilkin formada müalicə etməyəndə onun əhatəsi daha da böyüyür və sonradan onu müalicə etmək belə olmur. Bu bir başa olaraq nəinki orqana dövlətin maraqlarına mənfi təsir edir.
Üçüncü hal iqtisadçıların arasında fərq. Bəzi iqtisadçılar var ki, onların ən azı biznes şirkətləri olur və onlar bir başa orqanın mövqeyindən aslıdılar. Onu işlətmək üçün orqanlarla münasibəti, orqana sərf edən tərəfdən qururlar. Belə halda orqanda bu münasibətə görə, onları özünə daha yaxın hesab edir və digər iqtisadçılardan ayrır. Öz mətbu orqanlarında çıxışa həmin iqtisadçıları dəvət edirlər. Görüşlərdə, tədbirlərdə onlar yuxarı başda əyləşirlər. Nəticədə əsl həqiqəti söyləyən qalır kənarda, amma belə iqtisadçılar orqanın baş tacına çevrilir. Sonda da, qeyd olunur ki, bu qədər iş gördük, amma əhali yenə də bəzilərdən narazıdır. Bu hal mətbuatda onsuzda görünür, hətta həqiqəti söyləyənlərin statuslarında bunu müşahidə etmək olar.
Dördüncü hal müzakirlərin formal xarakterdə keçirilməsi. Bəzən orqan elan edir ki, iqtisadçılarla müzakirələr aparacağıq kim istəsə gələ bilər. Nəticədə sonda özlərinə yaxın insanları müzakirənin fotoşəkillərində görürsən. Hətta təsadüf halda ora kənar şəxs düşəndə belə, onun mövqeyinin 1 faizi nəzərə alına bilər, o da o halda ki, maraqlar eyni yolda ümumidir.
Beşinci hal müzakirələrin geniş spekterdə aparılmaması. Bu hal onunla bağlıdır ki, burada müxalif və iqtidar tərəfi, müstəqil heç bir mövqedə çıxış etməyən iqtisadçıların eyni vaxtda müzakirələrə qatılmaması. Bu hal ona görə yaxşıdır ki, ayrı seçkilik olmur. Müzakirələr daha gərgin keçir.
Altıncı hal iqtisadçıların kateqoriyalara bölünməsi. Misal üçün bir iqtisadçı nüfuzlu saytda çıxış edir, digəri isə daha aşağı reytinqli saytda. Nətəcədə orqan onun səsləndirdiyi fikirə yox, saytın reytinqinə baxıb, mövqe sərgələyir. Əslində burada iqtisadçının qeydlərin təhlil edilməlidir. İqtisadçının özünü oxucu kütləsi var. Elə iqtisadçı var ki, səsləndirdiyi fikir daha çox auditoriya tərəfindən qəbul edilir. Misal üçün bir mövzu ilə tanınmamış bir saytda çıxış etsə, onun qeydi daha çox baxış əldə edə bilər. Amma digər şəxs bu addım atarsa, görünən o olacaq ki, bu şəxs yalnız reytinqli saytda müsahibə verdiyi üçün öndə görünür. Dəyər fikirlərə görə verilməlidir. Burada bir məqamda ola bilər ki, o dəyərli fikir səsləndirsə də, kütlədə hamı mütəxəssis deyil də müsbət qarşılanmaz. Burada orqan, bütün məqamları nəzərə almalıdır.
Qeyd olunan halları daha da artırmaq olar. Amma yuxardakı qeydlər öz həllini tapsa, orqanların nüfuzu daha da, güclənər.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter