• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İş yoxsa biznes?

  • 10.06.2023, 19:22, Baxış sayı:
  • 406
İş yoxsa biznes?
Çinin ən varlı adımı sayılan Jek Ma qeyd edir ki, əgər pulla bananı meymunun önünə qoysan, o bananı götürəcək. Səbəb isə sadədir. Meymun pulun nə olduğunu bilmir. Bilmir ki, pulu götürərək ona nə qədər istəsən banan ala bilərsən. İnsanın qabağına işlə biznesi qoysan, o işi seçəcək. Səbəb isə sadədir o biznesin nə olduğunu dərk etmir. Bisnesdən nə qədər gəlir əldə edəcəyinə belə düşünmür. Ona yalnız saat hesabı iş lazımdır ki, özünü dolandırsın. Əslində biznesin nə olduğunu bir çoxları bilir. Bilir ki, hər hansı işi açsa o gəlir əldə edə bilər. Amma ayın görünməyən tərəfi də odur ki, hər kəs iş qurmağı bacarırmı? Pulu haradan əldə edəcəyini və bunun müqabilində illərdir gəlir gözləməyə səbri çatacaqmı? Bir çoxları qeyd edir ki, biznesin başlanması üçün pul lazımdır. Bu pulu qazanmaq üçün ən azı haradasa işləmək lazımdır. Çünki banklara müraciət edilsə, sənin gəlirin olmasa sənə hər hansı vəsait verilməyəcək. Bu baxımdan, ilkin kiminsə yanında işləməlisən və müəyyən təcrübəyə sahib olmalısan. Araşdırmalar göstərir ki, biznesə başlayanların 50 faizi ilk 5 ildə müflis olurlar. Yalnız 2 faiz biznesə başlayanlar sonda uğur qazanır. Bu baxımdan hər kəs, iş sahibi ola bilməz. İnsanlar var ki, bütün varını qoyub biznesdə uğur qazanmağı düşünür, amma ilk addımda qoyduğu vəsaiti bütünlüklə itirir. İnvestisiya qoymaq yəni pulu harasa yatırıb ondan gəlir eldə etmək, heç da asan iş deyil. Təsəvvür edin ki, pul qoymaq üçün bir ərazi seçmisiniz. Amma bu ərazi minalarla doludur. Minaların harada olmasını siz bilmirsiniz və hansı minalar və hansı dərinliklərdə basdırılıbı da bilmirsiniz. Nəticədə hər düşünülməmiş bir addım, bir partlayışdır. Bu baxımdan bu əraziyə girmək üçün xüsusi bilik lazımdır. Xüsusi komanda lazımdır ki, sizə dəstək olsun. Əks halda siz pulla birgə, öz həyatınızı itirə bilərsiniz. Bunu düşünərək qeyd etmək olar ki, investisiyanın qoyulması özü riskdir. Risk etmək üçün hər bir xırda detalı təhlil etmək lazımdır. Hətta sizi qoruyacaq çətirlər olmalıdır ki, sizə mane ola biləcək bir addımın qarşısı alınsın. Çətir şəxs qismində, qurum qismində, sizə həm də görəcəyiniz iş üçün təminat verməlidir. Çətir bir yox, bir neçə ədəd ola bilər. Çünki ola bilər ki, istənilən vaxtı biri açılmasın və sizdə təşviş içində olmamaq üçün, ehtiyat çətiri götürməlisiniz. Bəzən mənə sual verirlər ki, bəzi qurumlar bizə mane olduğu üçün biz, məcbur olub biznesimizdən imtina edirik. Amma işin dərinliklərinə gedəndə görürsən ki, bu şəxsin üzərinə götürdüyü işdən anlayışı olsa da, hüquqi və maliyyə savadı baxımdan işləri düzgün qurmayıb. Əlində müəyyən imkanı olub, sonrakı addımları düşünməyib. Amma zaman bir yerdə dayanmır. Daimi saatların əqrəbləri dəyişir. Zaman dəyişirsə, demək onunla bərabər səndə dəyişməlisən. Zəmanəyə uyğunda hərəkət etməlisən. Daimi yenilənməlisən. Biznesin imkanları da zamana uyğun tez-tez dəyişir. İxtisasların özü belə yenilənir. Nə vaxta əldə etdiyin biliklər, bu gün sənə lazımsız olur. Ona görə zamanın axarı ilə həkət etmək lazımdır. İmkan düşdükcə zamanı qabaqlamaq lazımdır ki, çox stres halına düşməyəsən. Əks halda hər şeyin məhv ola bilər. İllərlə qurduğun biznes belə. İnsanlar var ki, əllərində pullar var, amma lazımı yerə bu vəsaiti qoymağa ürək etmir. Nəticədə bu pullar, pul gətirmədiyinə görə, getdikcə dəyərdən düşür. İnsanlar da var ki, əlinə pul düşdükcə biznesə yatırsa da, heç nə əldə edə bilmir. Səbəb isə yalnış atılan addımlardadır. Bu gün məndən soruşanda hara pul qoymaq lazımdır? Deyirəm yüksək texnologiya sahəsinə. Ən azından bir məktəb açıb, ora müəllimlər dəvət edib mütəxəssis yetişdirib öz şirkətini sonradan açıb, xaricə bir çox cihaz istehsal edib satmaq olar. Hətta ölkənin özünə belə. Bu nümunə Türkiyədə mövcuddur. Özəl şirkətlər cihazllar, avadanlıqlar, silahlar istehsal edib həm daxili bazara satır, həm də xarici bazara. Bunddan əlavə startaplardan yəni ilkin kiçik biznes layihələrini başladıb, sonradan onu satmaq olar.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter