Vergi Məcəlləsində Dövlət Vergi Orqanının hüquqlarının artmasının biri də 23.1.15-1 maddə ilə bağlıdır.
Əvvəlki maddədə hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanın səlahiyyətinə aid idi. Amma maddədə konkretlik yox idi. Sual yaranırdı təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və
dəyəri nə qədərdir?
Yeni əlavəyə əsasən 5000 manatdan artıq olan daşınar əmlakı Dövlət Vergi Orqanı Əmlak Məsəllərə üzrə Dövlət Xidmətinə müraciət etməklə Hərracların Təşkili üzrə Auksion Mərkəzində sata bilər. Diqqət etsəniz burada söhbət mülkdən getmir.
Daşınar əmlak — torpaqla əlaqədar olmayan, ona təhkim olunmayan, daşınmaz əmlakın əksi olan əmlak. Mənzildən, evdən və sair daşınmaz əmlakdan yox, daşınması mümkün olan əmlakdan gedir. Yəni avtomobil və sair.
5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanın hüquqlarından biri sayılır.
QEYD: Hədd 5000 manat və aşağı - 5000 manatdan yuxarı qoyulub.
Misal -1 : "A" vergi ödəyicisinin hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaları ümumi məbləği 5001 manat edir. A vergi ödəyicisinin bunu ödəməyə imkanı yoxdur, amma adına avtomobil və mənzili var. Vergi Orqanı yalnız bu halda avtomobil satışı üçün Əmlak Məsəllərə üzrə Dövlət Xidmətinə müraciət etməklə Hərracların Təşkili üzrə Auksion Mərkəzində sata bilər. Maddə göründüyü kimi burada yalnız daşınar əmlka satıla bilinər.
Misal -2: "A" vergi ödəyicisinin hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyaları 5000 manatdır Bu halda Vergi Orqanı A şəxsin avtomobilini ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil edə bilər.
Yeni əlavə.
23.1.15-1-ci maddə aşağıdakı redaksiyada verilsin: “23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;”;Rauf QARAYEV, iqtisadçı - ekspert.