• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Paytaxta normal taksi qiymətləri, necə olmalıdır?

  • 09.06.2023, 16:27, Baxış sayı:
  • 420
Paytaxta normal taksi qiymətləri, necə olmalıdır?
Paytaxta vahid taksi qiymətinin yaradılacağı ilə bağlı söz söhbətlər artıb. Burda qiymət məsələsi varsa, deməli iqtisadi amilə nəzər yetirmək lazımdır. Beynəlxalq şirkətlərin ölkəyə gəlişindən əvvəl vəziyyətə nəzər yetirək. Görək həqiqətən də, tələb təklifi ödəyirdi, həqiqətən müştəri hər zaman haqlıdır. Sovet dövründən sonra, taksi xidmətində qiymətlər dəyişməyə başladı və nəticədə vəziyyət o yerə çatdı ki, taksi ilə 100 metr məsafəni qət etməyə ən azı 5 manat vəsait tələb edilirdi, halbu ki, indiki reallıqda 2 kilometrə 2 manat vəsait ödənilir. Düzdü burada ekonom, komfort məsələsi də var. Yəni taksini biznes sifariş verirsənsə, sifarişinə daha saz vəziyyətdə taksi gəlir və qiymət ekonomdan baha olur. Taksilərə bir müddət yalnız imkanı olan və ya harasa tələsən minirdi. Qiymət sövdələşməsində müştəri hər zaman haqlıdır deyimi burada işləmirdi. Taksi sürücüsü qeyd etdiyi qiymətdən sənə cüzvi güzəşt edərdi. Bu baxımdan əhali daha çox ictimai nəqliyyatdan avtobus və metrolardan istifadə edirdi. İndiki halda da ictimai nəqliyyatdan çoxluq istifadə edir, amma artıq taksilərdən büdcəsi yüksək olan, harasa tələsən yox, orta büdcəli də istifadə edə bilir. Taksi sürücüləri isə ölkədəki qiymətdən narazıdır. Yeni beynəlxalq taksi şirkətlərindən narazılıq edir. İctimai nəqliyyatda olduğu kimi, taksidə də tarifin olmasını istəyirlər. Amma mövcud vəziyyətə gəlin dərindən baxaq, bu nə isə dəyişəcəkmi? Taksilər əvvəlki kimi daha öz qiymətini diktə edə biləcəkmi? Əhali arasında aparılan sorğular onu göstərir ki, tələb və təkilifin taksi məsələsinə aidiyyatı yoxdur. Burada taksi sürücülərinin aşağı əməkhaqqı alması, onların tabe olduğu taksi şirkətlərinə görədir. Qiymət qalxsa bu şirkətin cibinə xeyir olacaq, taksi sürücüsü isə yenə əvvəlki kimi narazı qalacaq. Hətta vahid qiymət olsa belə, taksi sürücüləri yenə şirkətlərdən və ya fərdi sahibkarlardan aslı olacaq. Hətta özləri VÖEN açıb taksi fəaliyyəti ilə məşğul olsalar belə, qiyməti bazar diqtə edə edəcək. Onlarda bazara uyğun xidmətini təklif etməlidir və ya VÖEN-lərini ləğv edib başqa işlə məşğul olmalıdırlar. Araşdırmalar göstərir ki, paytaxta ən çox iş yeri taksi sürücülüyüdür. Hətta hər hansı yerdə işləyənlər, işdən sonra əlavə qazanc kimi taksi fəaliyyəti ilə məşğuldular. Amma bu sahədə bir çox problemlər mövcduddur. Adi sığorta məsələsi taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdə açıq olaraq qalıb. Mövzunu yekunlaşdıraraq belə qənaətə gəlmək olar ki, qiymət artımı olarsa indiki narazılıq aradan qalxmayacaq. Məsələni həll etmək üçün bir çox işlər görülməlidir. Hansı ki, illərlə mövcuddur, amma həll olunmadan qalır.
Rauf QARAYEV, iqtisadçı
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter