Ölkənin bir çox yerlərində bazarda satılan istər meyvə, istər paltar hətta avtomobilin satılma üslu eynidir. Bazara daxil olanda əgər geyiminiz daha dəbdəbəlidirsə o halda, sizə malın baha satılması qaçılmazdır. Amma məsələ burasındadır ki, malı daha da, ucuz sata bilərlər bu alverdən və sizin işə yanaşmanızdan aslıdır. Bununla bağlı özüm araşdırma aparmaq üçün yollandım regionda yerləşən bazarların birinə. Geyimimə baxıb, yerli sakin olub-olmadığım soruşuldu. Qeyd etdim ki, bəli yerliyəm. Bunu soruşmaqda məqsəd görsün kənar şəxsdirsə o halda daha yüksək məbləğ oxuya bilsin. Amma buna baxmayaraq onların qeyd etdiyim kimi əsas üslu geyimə baxıb qiymət oxumaqdır. Sizin əyninizə paltar yoxdur məndə, amma indi sizə dəbdəbəli paltar tapıb gətirəcəm. Bu üsul bir çox şəbəkələşmiş bazarlarda, hətta şəhərlər arası taksi xidmətləində mövcuddur. Müştərini əldən buraxmamaq və ona istənilən halda mal satmaq. Bu mal digər şəxsin olduqda o əlavə qazanc əldə edir, nəticədə gələn dəfə onda mal olmadıqda müştəri üçün malı digər şəxsdən alıb gətirir. Amma burada da maraq var. Maraq ondan ibarətdir ki, şəxs digər yerdən mal gətirdikdə onun üstünə az da olsa pul qoyur və satır. Nəticədə onun satıcı yoldaşı da, özü də razı qalır. Bəzən ola bilər ki, malın daha yüksək satılması müştəridə şübhə yaradar bu halda malın üzərinə kiçik məbləğ əlavə edir. Geyimə baxıb müştərini razı saldıqda, artıq 2 qat qiymət oxumağa başlanılır misal üçün maya dəyəri 40 manat pencəyi 85 manat satış etmək qərarına gəlir. Bu mal Türkiyə istehsalı və sairdir. Bir başa firmadan gəlib və sair psixoloji təsirlərlə alıcıya hücum çəkir. Alıcı gözü açıq olduqda və maldan anlayış olduqda, satıcı ona deyir bu malı satmıram, mübahisə yaranmasın deyə tez pulu geri qaytarır. Hər kəs malın üzərində nələrin olmasını bilmir, hər kəs qanunvericiliyi də bilmir ki, mal satıldıqda üzərində hansı qeydlər olmalıdır. Nəticədə sizdən pul qazanmasa da, digər şəxsdən bu pulu qazanır. Satıcı qeyd etsə ki, mən 5 manata görə burada oturmuşam o yanlış fikirdi. Səbəb odur ki, bazarlarda müştəriyə qəbz, çek təqdim edilmir. Xüsusi mağazalarda əgər aldığınız mal üçün hətta qanunvericiliyə uyğun olmayan, qəbz təqdim edilirsə burada o da təqim edilmir. Fiziki şəxs VÖEN-lə işləyən olsa belə. Buna əsasən bazarda olan sahibkar, məsuliyyəti tam dərk etmir və istənilən addımı atır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var.
Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları” haqqında 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarına və yuxarıda əsas mövzu paltar olduğu üçün o satılan zaman tələblərə baxaq.
Satıcı istehlakçılara tikiş, üst trikotaj məmulatları, baş geyimi, xəzdən olan mallar və ayaqqabıların alınması zamanı onların geyilib baxılması üçün müvafiq şərait yaratmalıdır. Bu məqsədlə ticarət zalında güzgü, oturacaq və paltarların asılması üçün xüsusi ləvazimatlarla təmin olunmuş geyinib soyunma yerləri (kabinələr) quraşdırılmalıdır. Bazarların əksəriyyətində bu tələb pozulur.
Satışda olan mallar haqqında istehlakçılara bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan məlumatlar verilməklə yanaşı, hər bir parçanın və xəz məmulatlarının tərkibi (istifadə olunan liflərin xarakteristikası, faizi, növü, ölçüsü) barədə məlumatlar malların üzərindəki etiketlərdə aydın şəkildə göstərilməlidir.
5.10 bənd. Satışda olan mallar haqqında aşağıdakı məlumatlar müvafiq qaydada istehlakçıların nəzərinə çatdırılmalıdır:
1. malın adı, onun qiyməti;
2. istehsalçının yerləşdiyi yer (hüquqi ünvanı), firma adı, tələblərin (iradların) verildiyi, təmir və ya texniki xidmət göstərən təşkilatın adı, yerləşdiyi ünvan;
3. malın məcburi tələblərə uyğunluğunu təsdiq edən sertifikatın və ya digər texniki normativ sənədin işarəsi;
4. malın əsas xüsusiyyətləri və istehlak xassələri (tərkibi, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə müqayisəli miqdarı);
5. malın səmərəli və təhlükəsiz istifadəsi qaydaları və şərtləri;
6. zəmanət müddəti (əgər konkret mal üçün nəzərdə tutulmuşdursa);
7. xidmət və yararlılıq müddəti (əgər konkret mala dair belə müddətlər müəyyən edilmişdirsə və ya müəyyən olunmalıdırsa), həmçinin xidmət və yararlılıq müddəti keçmişdirsə ehtimal olunan təhlükələr, təyinatı üzrə istifadənin mümkünsüzlüyü (insan həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün);
8. təminat öhdəlikləri və iddiaların irəli sürülməsi qaydaları.
Satıcı parçanı, paltarı, xəz mallarını və ayaqqabıları satarkən, istehlakçının iştirakı ilə onların keyfiyyətini (vizual müşahidə), ölçünün dəqiqliyini (miqdarını) və alış dəyərinin düzgün hesablanmasını yoxlamalıdır.
Satıcı istehlakçıya satdığı malla birlikdə malın və satıcının adını, satış tarixini, artikulunu, qiymətini, həmçinin satışı bilavasitə həyata keçirən satıcının imzası olan əmtəə çekini verməlidir.
Satılmış parça, paltar, xəz malları və ayaqqabılar istehlakçılara qablaşdırılmış şəkildə verilməlidir. Qablaşdırılmaya görə əlavə haqq alınmamalıdır.
Bazarlarda olan meyvələrin satış qaydası da, tələblərə uyğun deyil. Bazar müdriyyəti bunları görsə də, çətin ki, tədbir görülsü.
1. Meyvə-tərəvəzlərin, meyvə-tərəvəz yarımfabrikatlarının, yabanı meyvələrin və giləmeyvələrin təzə, qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə pərakəndə satışı pərakəndə satış bazarlarında, kənd təsərrüfatı məhsulları bazarlarında, yaşıl marketlərdə, fermer mağazalarında, yarmarkalarda, meyvə-tərəvəz mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində həyata keçirilir.
2. Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar Agentlik tərəfindən yoxlanıldıqdan sonra icazə verilir.
3. Meyvə-tərəvəz satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və inventarlarla təmin edilməlidir.
4. Qablaşdırılmış meyvə-tərəvəz məhsulları haqqında istehlakçılara onların xüsusiyyətləri nəzərə alınmaqla, məhsulun etiketində göstərilən məlumatlarla yanaşı, məhsulun emalının xüsusi üsulları, reklam xarakterli məlumatlar, yığım (tədarük) tarixi, qablaşdırma tarixi, saxlanma şərtləri, malların normativ tələblərin məcburi şərtlərinə uyğunluğunu təsdiq edən sənəd barədə də məlumat verilməlidir.
5. Meyvə-tərəvəz məhsulları ticarət zalında xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır.
6. Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir.
7. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir.
8. Satış prosesində keyfiyyəti aşağı düşən meyvə-tərəvəz məhsulları müəyyən edilmiş qaydada yenidən qiymətləndirilərək satışa təqdim oluna bilər.
Malların bazardan kənarda satışı
1. Səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.
2. Müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır.
3. Səyyar (mövsümi) ticarət və xidmət zamanı icazə verilməyən yerlərdə aşağıdakı malların satılması (xidmətin göstərilməsi) qadağandır:
3.1. qiymətli metallardan və qiymətli daşlardan olan məmulatların;
3.2. ancaq elektrik şəbəkəsindən qidalanan mürəkkəb texniki malların (radio, televizor, elektrik məişət cihazları və digər elektrik mallarının);
3.3. səsgücləndirici cihazlardan istifadə etməklə audiokasetlər və audiovizual əsər və fonoqramların, elektron-hesablayıcı maşınlar üçün proqramların (onların nüsxələrinin);
3.4. dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, bütün növ qida məhsullarının;
3.5. insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına digər məhsulların. [52]
4. Malların və məhsulların bilavasitə səkilərə, torpağın, yaşıllıqların, ağacların, yeşiklərin və s üzərinə qoyularaq satışı qadağandır.
5. Səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətinin həyata keçirildiyi yerdə verilmiş icazənin surəti asılmalıdır.
6. Səyyar (mövsümi) ticarət və xidmət fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər aşağıdakıları yerinə yetirməyə borcludurlar:
6.1. fəaliyyət növünün aparılması üçün müəyyən edilmiş tələblərə və qaydalara əməl etməyə;
6.2. ayrılmış ərazidən kənarda fəaliyyətə yol verməməyə;
6.3. icazə verilmiş fəaliyyət növündən başqa digər fəaliyyəti həyata keçirməməyə;
6.4. ətrafda yaşayan və istirahət edən əhalinin narahatçılığına səbəb olan hərəkətlərə yol verməməyə;
6.5. ictimai asayişi pozmamağa;
6.6. sanitariya normalarına əməl etməyə;
6.7. səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti başa çatdıqdan sonra ayrılmış ərazinin əvvəlki vəziyyətini bərpa etməyə;
6.8. səlahiyyətli dövlət orqanlarının mütəxəssisləri tərəfindən icazə verilmiş sahələrdə müvafiq fəaliyyət növünün həyata keçirilməsi qaydalarına, istismar şərtlərinə və əhaliyə xidmətin təşkilinə nəzarət edilməsinə şərait yaratmağa.
7. Səyyar (mövsümi) ticarət və xidmət zamanı sanitariya norma və qaydalarının tələblərinə riayət olunmalıdır.
8. Dövlət sanitariya nəzarət orqanları tərəfindən rəsmi icazə verilməyən yerlərdə və satışına icazə verilmiş çeşiddən kənara çıxmaqla ərzaq məhsullarının səyyar satışı qadağandır.
Qaydada qeydlər çoxdur. Təəssüf olsun ki, ölkədə bu qeydlərin əksəriyyəti nəzərə alınmır. Digər növ məhsulların satışı üçün nəzərdə tutulan qaydada eyni vəziyyətdir. Nəticədə zərər çəkən alıcı olur.
Rauf QARAYEV, iqtisadçı